Haqqımızda

Haqqımızda

      ELVİN İNCOMİNG SERVİCES (EİS) şirkəti olaraq məqsədimiz fəaliyyət üçün seçdiyimiz sahədə müştərilərimizə ən yüksək standartlar səviyyəsində xidmət göstərməkdir. Biz kreativ enerjimizi və təşəbbüskarlığımızı illər boyu topladığımız təcrübə ilə qırılmaz surətdə birləşdirərək, Sizə tam fərqli və keyfiyyyətli səyahət xidmətini təklif edirik.

     Şirkətimiz - ELVİN İNCOMİNG SERVİCES  (EİS)- 1993-cü ildən fəaliyyət göstərir. Bizim missiyamız mənalı səyahətləri keyfiyyətli xidmət olaraq həyata keçirməkdən, zamanın tələblərinə cavab verən standartları tətbiq etməklə fərqlənməkdən və gələcək perspektivləri strateji olaraq düzgün planlaşdırmaqdan  o cümlədən, onun həyata keçirilməsi üçün zəruri resursların təmin edilməsindən ibarətdir.

     Bizim ən böyük qazancımız xidmətlərimizdən razı qalan çoxsaylı turistlərin məmnunluğudur. Onların ölkəmizə, mədəniyyətimizə və insanlarımıza bəslədiyi səmimiyyətin,  bu torpağa və ölkəyə duyduğu rəğbət hissinin dəyəri ölçülməzdir.

      Biz ELVİN İNCOMİNG SERVİCES kimi inkişada olan fəaliyyətimizi sosial-iqtisadi sabitliyin təmin edildiyi bir ölkədə - Azərbaycan Respublikasında həyata keçiririk.  Keyfiyyətcə yeni, XXI əsrin ruhuna uyğun səyahət strategiyasının həyata keçirilməsinə can atır,  innovativ ideyalardan ruhlanaraq, keyfiyyətli xidmətlər spektrini daim genişləndirməyin qayğısına qalırıq.

     Siz ELVİN İNCOMİNG SERVİCES şirkətinə müraciət etməklə, ilk növbədə, xidmətin çeşid və keyfiyyət rəngarəngliliyini əldə edirsiniz. Biz turizm sənayesi çərçivəsində çoxprofilliliyimizdən səmərəli surətdə istifadə edirik ki, səyahətçilərimizə daha effektiv və yaddaqalan xidmət göstərə bilək.

     Bizim planlaşdırdığımız və həyata keçirdiyimiz tədbirlər, ətraf mühitə qayğı göstərilməsinə və beynəlxalq əlaqələrin möhkəmlənməsinə, eləcə də insanlar arasında güvən və səmimiyyətin güclənməsinə təkan vermək hədəfini daşıyır.

     Beynəlxalq biznes və mədəni mübadilələrin hərtərəfli tətbiq edilməsi və informasiya resursu kimi xidmətin göstərilməsi insanlar arasında mövcud anlaşılmazlıqları aradan qaldırır, ölkəmiz barədə əcnəbilərdə doğru və obyektiv təsəvvürlər formalaşdırır.

     Biz heç vaxt arxayınlaşmırıq, müntəzəm olaraq xidmətlərimizin keyfiyyətini yüksəldir, habelə qlobal turizm sahəsində son yenilikləri diqqətlə öyrənir, ölkəmizin özəlliklərini nəzərə alaraq ən qabaqcıl nailiyyətləri yaradıcı şəkildə tətbiq edirik ki, səyahətçilər göstərilən xidmətlərdən tam razı qalsınlar.

     Biz əminik ki, ELVİN İNCOMİNG SERVİCES olaraq fəaliyyətimizi daha da genişləndirəcək, liderlər sırasında olacaq, yeni-yeni innovativ tətbiqlər zəminində və peşəkarlıq sayəsində insanların tam məmnun qalacağı səyahət standartına yüksələ biləcəyik.

Bizim mükəmməl xidmətlərimiz

  • ELVIN INCOMING SERVICES - GƏLİN, GƏZİN, DİNCƏLİN
Turizm 
Sığorta
Viza dəstəyi
Konfrans və görüşlərin təşkili
VİP xıdmətlər
Bakı şəhəri və Azərbaycana turlar
Konsert və idman biletlərinin təşkili

Lisenziya və sertifikatlar