Vizanın alınması prosesini bizimlə daha asan edin!
Ölkəmizdə Vizaların alınmasının 2 qaydası mövcuddur:
ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
Elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
Elektron viza veriləcək ölkələrin siyahısı MDB ölkələri (Türkmənistan istisna olmaqla) vətəndaşları üçün viza tələb olunmur. Türkiyə, İsrail, Bəhreyn, Kuveyt, Oman, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Yaponiya, Sinqapur, Malaziya, Çin və Cənubi Koreya vətəndaşları isə Azərbaycana gəldikləri zaman hava limanında (aeroportda) viza ala bilərlər.
Viza almaq üçün müraciətlərlə əlaqədar
Elektron vizanın alınması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına planlaşdırılan gəlmə tarixinədək minimal olaraq, üç (3) iş gününə qədər müraciət etməlidirlər.
Müraciət edən şəxsin pasportunun və ya digər sərhəddən keçmə sənədinin istifadə müddəti nəzərdə tutulan e-visanın bitmə müddətindən ən azı üç (3) aydan artıq olmalıdır.
Dövlət rüsumu ödənildikdən sonra müraciətin qəbul edilməsi haqqında bildiriş sistem vasitəsilə elektron ünvana ötürülür.
Şirkətimizin Elektron viza (E-Visa) xidməti
E-visa prosedurun tətbiq edilməsi sayəsində Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına müraciət etmək zərurəti aradan qaldırılmış, vizaların alınması proseduru sadələşdirilmişdir.
Şirkətimiz Sizə turistik elektron viza (E-visa) xidməti təklif edir. Viza onlayn sistem vasitəsilə rəsmiləşir. Elektron vizanın təsdiq edilməsi beş (5) iş günüdür. Təsdiq edildikdən sonra viza elektron poçt vasitəsi ilə qonağa göndərilir və Azərbaycana giriş üçün qonaq sadəcə bu sənədi çap edərək, onu sərhəddə göstərir. Bu viza 1 ay müddətinə etibarlıdır və Azərbaycanın bütün sərhəd məntəqələrində təqdim oluna bilər. (Aeroport, D\Y, Dəniz vagzalı və s.).
Elektron vizanın alınması üçün lazım olan sənədlər bunlardır
Pasportun rəngli skan edilmiş surəti
Qonaq tərəfindən doldurulmuş anket forması (anket forması)
Otel rezervasiyasının təsdiq məktubu
Aviabilet və ya rezervasiyanın təsdiqi.
Qeyd: Həddi-buluğa çatmamış uşaqlar üçün anket forması valideyn və ya qanuni qəyyum tərəfindən doldurularaq imzalanır. Bu həddi-buluğa çatmayan vətəndaşların ölkəyə daxil olması üçün valideynlər və ya qanunu qəyyumlar tərəfindən ayrıca viza anketi təqdim etməsi deməkdir. Yəni valideyn və yaxud qanuni qəyyum, həmçinin həddi-buluğa çatmayan uşaqların hər biri üçün ayrı ayrılıqda viza almalıdır.
Yuxarıda sadalanan sənədləri bizə elektron poçt vasitəsilə təqdim etmək lazımdır. Təsdiq olunduqdan sonra elektron vizanın göstəriciləri PDF formatda müraciət edən şəxsin elektron poçtuna ünvanlandırılacaq.
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder