ALIŞ-VERİŞ TURU

Azərbaycanın geniş çeşidli müasir və antik mağazalarını ziyarət edin. 

   

Alış-veriş turları turizmin ən populyar və faydalı formalarından biridir.

Alış veriş turlarına qoşulmaqla siz ölkəni gəzmək, istirahət etmək,  etnik və əntiq əşyalar əldə etmək eyni zamanda qarderobunuzu yeniləmək  fürsəti qazanırsınız.
Siz dünyaca məşhur, nəfis naxışlı – Azərbaycan xalçalarını, yerli rəssmların və heykəltəraşların əl işlərini şəhərin mərkəzində yerləşən qalereyalardan və emalatxanalardan münasib qiymətə əldə etmək imkanı əldə edə bilərsiniz.
Eləcə də, Bakının mərkəzindəki ticarət mərkəzlərindən və butiklərdən dəbdəbəli geyim və aksessuarlar, zinət və məişət əşyalarını bundan başqa, market və yerli bazarlardan - müxtəlif balıq növləri, kürü, çaxır, yerli çay  kimi məhsulları ala bilərsiniz.
Aşağıda alış-verişi daha asan etmək məqsədilə bir sıra ticarət mərkəzlərinin siyahısını göstəririk.

Ticarət mərkəzləri:
"Park Bulvar Mall" , "28 Mall", "Metro Park Mall", "Gənclik Mall", "Nargiz shopping Mall" - ticarət mərkəzlərində: Zara, Bershka, Mango, Benetton, Koton, Us Polo, LCW, Bata, Colins ,Greyder kimi tanınmış dünya markaları ilə bərabər kafelər (Second cup ,Gloria Jeans) və  yerli və dünya mətbəxini təklif edən restoranları həftənin 7 günü sabah saat 10-dan axşam saat 23:00 - a qədər xidmətinizdədir.
"Port Baku Mall" - Ticarət mərkəzində  məşhur dizayner brendləri: Ralph Lauren, Giorgio Armani, Valentino, Alexander McQueen, Burberry, Givenchy, Dsquared2, Chloe, Stella McCartney, Balenciaga, Marni, Emilio Pucci, Bally, Jimmy Choo, Tory Burch, Hugo Boss, o cümlədən zərgərlik əşyaları Tiffany&Co, IWC, Louvre, Frey Wille və Scavia məşhur brendlər təqdim olunur.
Bundan başqa lux kateqoriyasına daxil olan markaların butiklərinə Netçilər prospektində baş çəkə bilərsiniz.
Milli markaların zinyət əşyaları, incəsənət nümunələri, suvenirlər və delikateslər üçün isə aşağıdakı butiklər xidmətinizdədir.
Xurcun - şirniyyat və delikateslər üçün  www.xurcun.az
Resm - göz oxşayan milli ornamentli zinyət əşyaları üçün http://resm.az/
CHELEBI Furniture & Décor  http://chelebi.az/
Ali Shamsi Studio – rəssamlıq nümunələri üçün  www.ali-shamsi.com və s.
Suvenirlər və başqa buna bənzər hədiyyələr üçün isə Nizami kücəsində çoxsaylı mağazalar xidmətinizdədir.
Şəhərimizdə aşağı büdcəli turistlərin yararlandığı ticarət mərkəzləri də fəaliyyət göstərməkdədir.
Bunlara Binə, Sədərək ticarət mərkəzləri daxildir.
Alış-veriş turuna qoşulmaqla Siz ölkənin mədəniyyəti ilə tanış olacaq, sərfəli şoppinqlə  pullarınıza qənaət edəcək və unudulmaz təəssüratlar qazanmış olacaqsınız.

 

 

 

 




Nəticə yoxdur.

fly