Unudulmaz bal ayı üçün Azərbaycanı seçin!
Yeni evlilərin toydan sonra əsas problemi bal ayı tətilinə yollanmaqdır. Bay ayına hansı ölkəyə yollanmaq, hansı oteldə dincəlmək, necə bir tətil planlaşdırmaq bu tip tətilin seçimində ən çox rastlanan suallardır. Əgər harda tətil keçirəcəyinizi planlaşdırmamısınızsa biz Sizə kömək edərik.
Şərq və Qərb mədəniyyətinin ən yaxşı cəhətlərini özündə birləşdirən Bakı şəhəri öz romatik abu-havası ilə unudulmaz emosiyalar qazanacağınız, heç vaxt yaddaşlarınızdan silinməyəcək tətil üçün ən doğru seçimdir. Biz Sizə səbəbini izah edirik!
Şəhərimizdəki otellər ən yaxşı tətil üçün ən xırda detalları nəzərə alaraq xidmət göstərməyə hazırdır.
Gözəl bir başlanğıc üçün otağa girdiyinizdə özəl otel hədiyyəsi ilə qarşılaşacaqsınız. Bu hədiyyə meyvə səbəti, şərab, şirniyyat və ya şampan ola bilər. O cümlədən, siz çiçək ləçəklərindən və yarpaqlardan özəl dekorasiya seçiminə üstünlük verə bilərsiniz.
Bundan əlavə səhər yeməyini otaqda keçirmək imkanı və başqa alternativ imkanlar təqdim olunur.
Bal ayının əvəz edilməzi romantik şam yeməyidir. Bir çox hallarda cütlüklərə verandada və ya onların istəklərinə uyğun şəhərin romantik restoranlarında şam etmək alternativi təklif olunur.
Qeyd edək ki, boş olduğu halda otel otaqlarının dənizə baxan, mənzərəli otaqları təsis edilir. Sizə xoş bir bal ayı ilə başlayan xoşbəxt bir evlilik həyatı arzulayırıq.
Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder