KONFRANSLAR VƏ TƏDBİRLƏR

Azərbaycanda keçirilən ən maraqlı konsertlər və idman tədbirlərində iştirak edin və ölkəmizdə keçirəcəyiniz işgüzar görüşlərinizin ən yüksək səviyyədə təşkilini bizə həvalə edin!

Şirkətimiz Azərbaycan ərazisində işgüzar fəaliyyət sahəsində bütün xidmətləri təklif edir. Buraya işgüzar kofranslar, forumlar, seminarlar, dövrü yığıncaqlar və başqa MICE tədbirlər daxildir.
Konfrans və seminarlar müxtəlif problemlərin həlli, təcrübə mübadiləsi və işğüzar münasibətlərin tənzimlənməsi eləcə də,  əməkdaşlıq məqsədi ilə təşkil olunur.
Konfrans, seminar və başqa tədbirlərin təşkili zamanı təkcə iş proqramını deyil, konfrans zalının seçimi, tədbirin formatını və qeyri-rəsmi tərəflər barədə də düşünmək lazımdır.

    

Şirkətimiz İşgüzar tədbirlərin təşkilində aşağıdakı xidmətləri təklif edir:

Lazımı avadanlıqlarla müasir proyektor, böyük ölçülü ekran və s.ilə təchiz olunmuş məkanın təşkili;
tədbirin məqsədinə və büdcəsinə uyğun olaraq keçiriləcəyi məkanın seçimi;
tədbirin keçirilməsi üçün konfrans zalın və avadanlıqların rezerv edilməsi;
bir və ya bir neçə oteldə nömrələrin rezerv edilməsi;
tədbirdə iştirak edəcək iştirakçıların otel rezervasiyası üçün ərizələrinin qəbul edilməsi;
tədbirə dəvətnamələrin göndərilməsinin təşkili;
tədbir məkanına çatdırılma (aviabilet, transfer, avtonəqliyyatın icarəsi);
forum və konfrans iştirakçılarının hər birindən ödənişin qəbul edilməsi və nəzarət;
xarici iştirakçılar üçün xüsusi proqramın hazırlanması;
reklam, poliqrafiya və xatirə məhsulları ilə təmin etmə;
xarici dil bilən lisenziyalı bələdçilərin, tərcüməçilərin və köməkçilərin seçimi;
iştirakçıların qeydiyyatının təşkili;
koordinasiya proseslərinin həlli;
ətraflı hesablama və detallı maliyyə sənədlərinin siyahısı;
biznes tədbiri büdcəsinin optimallaşdırılması və lazımlı hesabatın təşkili.




Nəticə yoxdur.

fly