Azərbaycan

 ODLAR YURDUNA GƏLİN, YENİ BİR DÜNYA KƏŞF EDİN

Azərbaycan Respublikası regionun qədim və zəngin tarixə sahib olan ölkəsidir. Yaşı minillikərlə ölçülən insan məskənləri qalıqlarından tutmuş təkrarsız tarixi-memarlıq abidələrininə qədər geniş mənzərəsi ilə seçilən Azərbaycan tarix boyu özünün qədim şərq mədəniyyəti ənənələrinə bağlılığı ilə də seçilmişdir.

Azərbaycan nadir təbiəti ilə həmişə insanların diqqətini cəlb etmişdir. Ölkəmizin ərazisin təbii-çoğrafi mühitin rəngarəngliyi ilə də ciddi maraq doğurur. .Azərbaycan öz təbiətinin al-əlvanlığı, unikal iqlimi və zəngin faunası ilə hər kəsi valeh edir. Bu gün də ölkəmizin iqlim zonalarının zənginliyi, Xəzər dənizinin qumlu sahilləri millionlarca turistləri gəl-gəl deyir.

ELVIN INCOMING SERVICES Sizi fantastik özəlliklərə malik olan ölkəyə - Azərbaycana dəvət edir.

Şirkətimiz Sizə müxtəlif və yaddaqalan tur proqramlarının təşkilini vəd edir. Biz əminik ki, ölkəmizdə keçirdiyiniz vaxt maraqlı və şən keçəcək, Sizə unudulmaz anlar yaşadacaq, ölkəmizdən öz evinizə xoş təəssüratlrla dönəcəksizniz.

AZƏRBAYCAN-portretə çizgilər

Azərbaycan Respublikası – 800 kilometrə qədər uzanan məsafədə şərq sahillərini Xəzər dənizinin mavi sularının yuduğu, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistanla həmsərhəd olan, eləcə də doqquz iqlim zonasının mövcud olduğu, Cənubi Qafqazda qərarlaşan müasir, tolerant və gələcəyə bağlı müstəqil dövlətdir.

Azərbaycan Respublikasının ərazisi

86,6 min km²

Əhalisi

2016-cı ildə 9,511,100 nəfər

Paytaxt

Bakı şəhəri – Abşeron yarımadasının sahillərində yer alan, Cənubi Qafqazın ən qədim və qonaqsevər, habelə çoxmillətli yaşayış məskəni olan, Xəzər dənizinin regionda ən yüksək inkişaf tempinə malik sənaye mərkəzi olaraq tanınan, bir zamanlar dünyanın ilk və ən zəngin neft meqapolisi statusuna sahib olan, Qafqazın bölgəsinin ən böyük şəhəri olmaqla yanaşı, Bakı şəhəri tarixi abidələri ilə zəngindir, Şərqin və Qərbin mütərəqqi ənənələrini üzvi surətdə özündə əks etdirən memarlığı ilə fərqlidir. Bakı şəhərinin əhalisi 2 milyondan çoxdur və şəhər sürətlə inkişaf edir.

Siyasi sistem

Azərbaycan Respublikası dünyəvi və demokratik ölkədir. Dövlətin başçısı Prezidentidir. Azərbaycanın Prezidenti ümumxalq səsverməsi ilə seçilmiş İlham Əliyevdir. Ölkənin Ali qanunverici orqanı parlament - Milli Məclisdirdir. Azərbaycan Respublikası 1991-ci ildən etibarən müstəqillik qazanmışdır.

Rəsmi dil

Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Respublika ərazisində rus və ingilis dillərindən də geniş istifadə edilir.

Din

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğu kimi, Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Əhalisinin böyük hissəsi islam dininə ibadət edir. Azərbaycan Respublikasında da pravoslav, katolik və yəhudi icmaları da mövcuddur və onların fəaliyyəti üçün hər cür imkan yaradılmışdır. Azərbaycan Respublikasının Saat qurşağı UKV (Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir) +4, Yay Vaxtı: UKV+ 5 saat

İqlim

Köppen iqlim təsnifatına görə, Azərbaycanda 11 iqlim qurşağından 9-u müşahidə olunur. İyul ayında yüksək ərazilərdə orta temperatur +5 °C dərəcədən +25 - +27-yə qədər, ən yüksək halda + 32 - +35 dərəcə təşkil edir. Yayda bəzi hallarda havanın hərarəti +38 - +40°C-yə yüksələ bilər. Ölkəni qarış-qarış gəzmək və onun rəngarəng təbiətindən doyunca zövq almaq üçün ən optimal dövr aprel - oktyabr ayları arasındakı müddətdir. Yayın isti dövründə dəniz suyunun orta temperaturu +24- +26°C. təşkil edir.

Azərbaycan Respublikasında Voltaj

220/240 Volt , 50 Гц.

Telefon rabitəsi

Tam telefonlaşdırılmış AzərbaycanRespublikasının Beynəlxalq telefon kodu +994 olmaqla, ölkədaxili və beynəlxalq zənglər rahat və maneəsiz həyata keçirilir. Ölkənin hər yerindən-Mobil hətta mürəkkəb relyefli ucqar dağlıq regionlarında belə mobil rabitə sayəsində istənilən abonentlə qüsursuz əlaqə həyata keçirilir.

Mobil əlaqə

Standart GSM 900. Azərbaycan respublikası ərazisində fəaliyyət göstərən mobil rabitə operatorları: Azercell Telekom, Bakcell, Nar Mobile.

İnternet

İnternet domeni: .az

Faks

Faks göndərilməsi respublikanın hər yerinən həyata keçirilir.

Poçt

Azərbaycanda Mərkəzi Poçt fəaliyyət göstərir. Məktubların, paketlərin və bağlamaların göndərilməsi və çatdırılmasını sürətləndirmək üçün yerli və beynəlxalq poçt kuryer xidmətlərindən faydalanmaq olar.

Valyuta

Azərbaycan Respublikası ərazisində mübadiləyə qəbul olunan rəsmi valyuta Azərbaycan manatıdır (AZN). 1 manat= 100 qəpikdir. Respublika ərazisində 1, 5, 10, 20, 50 və 100 manat nominallı əsginaslar və 1, 3, 5, 10, 20 və 50 qəpiklik metal sikkələr dövriyyyədədir. ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu bütün banklarda manata dəyişdirilir. Valyuta mübadiləsi bu məqsədlə açılmış rəsmi valyuta mübadiləsi mərkəzlərində də həyata keçirilir. Bakıda banklar 09:00-17:30-dək (mübadilə mərkəzləri isə fasiləsiz çalışır).

Kredit kartları və debet kartları

Bakının iri supermarketlərində, mağazalarda və əksər otel və banklarda, regionlarda isə yalnız otel və banklarda istifadə olunur.

Mağaza və restoranlar

Bakının mərkəzində mağazalar səhər 09:00-dan gecəyə kimi, regionlarda 19:00-dək açıq olur.

Tibbi xidmət

Dövlət tibb mərkəzlərində təcili tibbi yardım pulsuz göstərilir. Təcili tibbi yardım üçün (012) 103 nömrəsinə zəng etməklə müraciət etmək olar. Apteklərin bəziləri 7/24 işləyirlər.

Təhlükəsizlik

Azərbaycan - regionun ən stabil və təhlükəsiz ölkəsidir. Şəhərin küçələrində asayiş, qayda-qanun hökm sürür. Azərbaycanlılar qanunlara riayət edən, başqalarının adətlərinə hörmət edən səmimi xalqdır.