Təbiət abidələri

Görməli yerlər Təbiət abidələri

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən zamanlardan insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur.
Şimalda Böyük Qafqaz dağları, qərbdə və cənub-qərbdə Kiçik Qafqaz dağları və cənub-şərqdə Talış dağları ilə əhatə olunmuşdur. Bazardüzü, Şahdağ, Babadağ, Dəlidağ və İlandağ - ən yüksək dağlar və dağ zirvələridir. Ölkəmizdəki ən yüksək zirvə 4,466 metr hündürlüyə malik Bazardüzüdür.
 Ölkə ərazisinin iki iqlim qurluşunda yerləşməsi füsunkar təbiətə sahib olmasına şərait yaratmışdır. Təkrarsız təbiət abidələrinə ölkənin müxtəlif regionlarında rast gəlmək mümkündür.
Palçıq vulkanları, heç vaxt sönməyən əbədi alovlar, şəffaf sulu gölləri, ilkin yaşayış məskənləri, mineral-mülicəvi suları, Naftan nefti təkrarolmunmazlığının nümunələridir.
Azərbaycanın bitki örtüyü olduqca zəngindir. Respublika ərazisində 4500 bitki növü qeyd alınmışdır. Dəmirağac, Eldar şamı, Saqqızağacı kimi ağaclar qiymətli, nadir ağaclar sırasındadır. Ölkə ərazisində 10-a qədər qoruq mövcuddur.




Göy göl

Kəpəz dağının zirvəsində baş vermiş zəlzələ nəticəsində meydana gələn Göygöl bir təbiət möcüzəsidir. Göldəki su çox şəffaf olduğundan 13 metr dərinliyi belə görə bilərsiniz.



Yanardağ

Abşeron yarımadasında Xəzər dənizi sahilində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən və heç vaxt sönməyən təbiət abidəsidir.




Palçıq vulkanları

Azərbaycan palçıq vulkanlarının sayı ilə dünyada birinci yeri tutur. Dünyada 800 palçıq vulkanının 350-dən çoxu burada yerləşir.




İlandağ

İlandağ mərkəzi Naxçıvan düzənliklərindən nəhəng aşınmış 2415 metrlik bir qayalıq zirvəsidir.





Batabat gölü

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Naxçıvan çay hövzəsində yerləşir və 16.0 hektar sahəni əhatə edir.





Zaqatala  dövlət qoruğu

 Qoruğun əsasın flora tərkibi dağlıq meşələrindən və dağlıq çəmənliklərindən ibarətdir. Müasir floranın mindən çox növü burada müşahidə olunur.