INTOURIST BAKU

Mikail Useynov küç.51, Bakı AZ1003, Azərbaycan

Dəniz mənzərəsinin yaratdığı romantika əvəzedilməzdir. Eyvanınıza çıxarkən gözləriniz Milli Bayraq Meydanından sağa doğru Bakı körfəzindən keçib Bakı Portuna sataşanadək mənzərədən zövq alacaq, Xəzər dənizinin mavi suları isə ulduzlar kimi sayrışaraq sizə sükut və ilham gətirəcək.
Otelin  lyuks qonaq otaqları Sizə unudulmaz rahatlığı və göz oxşayan incəliyi yaşatmaq üçün dizayn olunub. Xüsusi sifarış edilmiş mebel, dolayı işıqlandırma, ahəngli rəng palitrası, hamam otaqlarını əhatə edən şüşə ayırmalar müasir, geniş və rahat mühit yaradır. Səsə davamlı ikiqat şüşə pəncərələr qonaqları məşğul şəhər həyatından ayırmaq üçün sükutu və xüsusi qayğını təmin edir. Hamam otaqları geniş duş və xüsusi aksessuarlar ilə zənginləşdirilmişdilər. Otaqların dizaynı son texnologiyaları əks etdirərək, birbaşa Xəzər dənizi mənzərəsini təmin edir, bəziləri isə şəhərə və ətrafdakı landşafta baxır.
Inturist Hotel Baku ən müasir komfortu və bundan əlavə ən yüksək lyuksun yeni görkəmini - sükutu və rahatlığı təmin edir. Hər bir otağımız bütün müasir avadanlıqlarla təchiz olunmuşdur:  

• Fərdi temperatur nəzarəti
• Kabel və peyk televiziyası və geniş kanal seçimi imkanı olan 42″ düz ekran TV
• Beynəlxalq data portları və simsiz internetə çıxış
• Otaq-içi təhlükəsizlik zəmanət qutusu
• Çay və qəhvə avadanlıqları
• Xüsusi hamam otaqları və yağış duşu
• Fen, ütü və ütü lövhəsi
• Bornoz və başmaqlar
• iHome dok stansiyası
• Qeyri-allergik yastıq, körpə beşikləri və əlavə çarpayı (öncədən xahiş etməklə)
• 24 saat fəaliyyət göstərən otaq xidmətləri

Əla qiymət

Mükəmməl məkan

Mükəmməl heyət

Ləzzətli yeməklər

Gözəl mənzərə

Təcrübli xidmət

Mövcud otaqlar

INTOURIST KING

Maks. qonaq sayı: 2 42.00 m2 Çarpayı: 1

Intourist King Otaqlarının ölçüləri 32- 42 m2 arasında dəyişir, geniş king ölçülü yataq dəstləri, rahat oturmaq və işləmək üçün sahələr mövcuddur. Əksər otaqlar şəhər və ətraf landşaft mənzərəlidir.  XÜSUSİYYƏTLƏR  Çarpayı: 1 böyük ölçülü (190 × 200)
Sahə: 32–42 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə kiçik ölçülü çarpayı və ya uşaq beşiyi ilə) 
Yerləşmə: 1- 4cü mərtəbələr
Birləşmə: İntourist Twin otaqları ilə birləşmə imkanına malikdirlər
Mənzərə: Şəhər və parka mənzərə

INTOURIST TWIN

Maks. qonaq sayı: 2 32.00 m2 Çarpayı: 2

Bu otaqların ölçüləri 32- 42 m2 arasında dəyişir və iki geniş həcmli (150 x200) qoşa çarpayılıdır. Əksər otaqlar şəhər və ətraf landşaft mənzərəlidir.  XÜSUSİYYƏTLƏR  Çarpayı: 2 ayrı yataq (150 × 200)
Sahə: 32 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə uşaq beşiyi ilə) 
Yerləşmə: 1- 4cü mərtəbələr
Birləşmə: İntourist King otaqları ilə birləşmə imkanına malikdirlər
Mənzərə: Şəhər və parka mənzərə

SEA VIEW KING

Maks. qonaq sayı: 2 32.00 m2 Çarpayı: 1

Ölçüsü 32 m2-dir. Otaqlar geniş balkonları ilə əvəzolunmaz Xəzər Dənizi, Milli Park və ya Bulvar mənzərəlidir.  XÜSUSİYYƏTLƏR  Çarpayı: 1 böyük ölçülü (190 × 200)
Sahə: 32 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə kiçik ölçülü çarpayı və ya uşaq beşiyi ilə) 
Yerləşmə: 1- 4cü mərtəbələr
Birləşmə: Sea View Twin otaqları ilə birləşmə imkanına malikdirlər
Mənzərə: Xəzər Dənizinə mənzərə

SEA VIEW TWIN

Maks. qonaq sayı: 2 32.00 m2 Çarpayı: 2

Bu otaqlar iki geniş sahəli çarpayıları və şəhərə möhtəşəm mənzərəsi ilə seçilən eyvanı ilə kiçik ailələr üçün ideal seçimdir. Bu otaqlar Sea View King kateqoriyalı otaqlar ilə birləşdikdə daha böyük ailələr üçün istifadə oluna bilər.  XÜSUSİYYƏTLƏR  Çarpayı: 2 ayrı yataq (150 × 200)
Sahə: 32 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə uşaq beşiyi ilə) 
Yerləşmə: 1- 4cü mərtəbələr
Birləşmə: Sea View King otaqları ilə birləşmə imkanına malikdirlər
Mənzərə: Xəzər dənizinə mənzərə

DELUXE TWIN

Maks. qonaq sayı: 2 44.00 m2 Çarpayı: 2

Otelin ilk mərtəbəsində yerləşən bu otaqların ölçüsü 44 m2 dir və geniş otaqlara üstünlük verən qonaqlar üçün ideal seçimdir. Bu otaqlar Xəzər dənizi sahilindəki Bayraq Meydanına mənzərəlidir. Deluxe Twin otaqlar paralel yerləşən Khazar Suite otaqları ilə birləşərək daha da genişlənmək imkanına malikdir.  XÜSUSİYYƏTLƏR Çarpayı: 2 ayrı yataq (150 × 200)
Sahə: 44 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə uşaq beşiyi ilə) 
Yerləşmə: 1- 4cü mərtəbələr
Birləşmə: Khazar Suite otaqları ilə birləşmə imkanına malikdirlər
Mənzərə: Xəzər dənizinə mənzərə

KHAZAR SUITE

Maks. qonaq sayı: 2 81.00 m2 Çarpayı: 1

80 m2 ölçüyə malik ayrıca qonaq və yataq otaqları olan bu otaqlar rahatlığı və unikallığı ilə seçilir. Xəzər dənizinə açılan möhtəşəm mənzərə otaqlardakı təbii ağac və mavi çalarlı tekstil nümunələri ilə gözəl ahəng yaradır. Geniş qarderob ərazisi, döşəməsi isidilmiş vanna otağı və ayrı duş kabinləri qonaqlara yüksək rahatlıq vəd edir. Bu otaqlar 2 və 3 yataq otağına çevrilmək imkanına malikdir.  XÜSUSİYYƏTLƏR  Çarpayı: 1 böyük ölçülü (190 × 200)
Sahə: 80–81 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə kiçik ölçülü çarpayı və ya uşaq beşiyi ilə) 
Yerləşmə: 1- 4cü mərtəbələr
Birləşmə: Deluxe Twin otaqları ilə birləşmə imkanına malikdirlər
Mənzərə: Xəzər dənizinə mənzərə

TERRACE SUITE

Maks. qonaq sayı: 2 60.00 m2 Çarpayı: 1

60 m2 sahəni əhatə edən Terrace Suite 85 m2 geniş eyvanı ilə otelin ən sonuncu mərtəbəsində yerləşir və Bakı buxtasına açılan mənzərəsi ilə seçilir. Otaqların daxili interyeri isə Bakının və Xəzər dənizinin gözəlliklərindən ilhamlanır.  XÜSUSİYYƏTLƏR  Çarpayı: 1 böyük ölçülü (190 × 200)
Sahə: 55–60 m²
Tutum: 2 böyük və 1 uşaq (əlavə kiçik ölçülü çarpayı və ya uşaq beşiyi ilə) 
Yerləşmə: Ən axırıncı mərtəbə
Mənzərə: Xəzər dənizinə mənzərə

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

Dəstək mərkəzi

Elvintravel

E-Poçt dəstəyi

office@elvintravel.az

Bəzi sevilən otellər

BOULEVARD HOTEL

Xəqani Rüstəmov küç. 4C, Bakı AZ1010, Azərbaycan

HILTON BAKU

Azadlıq pr. 1, Bakı AZ1010, Azərbaycan

FAIRMONT BAKU

1A, Mehdi Huseyn küç. 1A, Flame Towers, Bakı AZ1006, Azərbaycan