MARXAL RESORT & SPA
Kiş kəndi, Şəki AZ5500, Azərbaycan
Marxal İstirahət kompleksi Şəki rayonu əsrarəngiz güşəsində, hər tərəfdən dağlarla əhatə olunmuş, dəniz səviyyəsindən 1080 m. yüksəklikdə yerləşir. Coğrafi mövqeyi Oteli unikal və təkrarolunmaz edir.
Otel Qəbələ Hava limanından - 80 km, Bakı Beynalxalq Hava limanından - 300 km, Şəki Dəmir yolu vağzalından -14 km, Şəki şəhər mərkəzindən - 4 km məsafədə yerləşir.
Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkini haqlı olaraq respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xan Sarayı (1762-ci il) turistlərdə xüsusi maraq doğurur. Məlumdur ki, sarayın tikintisi zamanı bir dənə də olsun mismardan istifadə edilməmişdir, şəbəkə adlandırılan rəngli şüşələr (milli mozaika) isə Venesiyadan gətirilmişdi.
Şəhərin şimalında bir zamanlar alınmaz qala olan «Gələrsən-görərsən» qalasının (XV-XVIII əsrlər) qalıqları durur. Kiş kəndində yerləşən Alban məbədində (I-II əsrlər) tanınmış norveçli Tur Xeyerdal bir neçə dəfə tədqiqat aparıb və bunun təsdiqi olaraq kənddə onun büstu ucaldılmışdır.
Şəki məşhur paxlavası, pitisi (gil qabda öz suyunda bişmiş ət və tərəvəzlər), həmçinin sakinlərinin yumor hissi ilə turistləri özünə cəlb edir.
Əla qiymət
Mükəmməl məkan
Mükəmməl heyət
Ləzzətli yeməklər
Gözəl mənzərə
Təcrübli xidmət
Mövcud otaqlar
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
Dəstək mərkəzi
Elvintravel
E-Poçt dəstəyi
office@elvintravel.az
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder