QƏDİM VƏ MÜASİR BAKI
QƏDİM VƏ MÜASİR BAKI
Bakı
Qədim və müasir Bakı turuna qoşulmaqla Siz şərqlə qərb mədəniyyətini özündə sintez edən, qədim və modern Bakı ilə tanış olacaqsınız. Bakı şəhər turu şəhərin gəzməli və görülməli bütün yerlərini əhatə edir. Bizim tura qoşulmaqla Siz XII əsr Qız qalası, XIX-XX əsrin əvvəllərində yerli və xarici neft maqnatları (Rotşild, Nobel qardaşları və s.) tərəfindən tikdirilmiş malikənalər, eləcə də modern üslub tikililərlə tanış olacaqsınız. Əgər Siz ilk dəfə şəhərimizi ziyarət edirsinizsə, bu tur məhz sizin üçündür. Siz şəhərin “açıq səma altında muzey” adlandırılan, erkən orta əsrlər mədəniyyətinin nümunəsi İçərişəhər adlanan qədim hissəsini eləcə də, dənizkənarı bulvarı, qədim ticarət küçəsini, şəhərin modern hissələrini, dağüstü parkı və şəhərin ən hündür nöqtəsindən panoramik mənzərəsini izləyəcəksiniz.
Bakıda tarixin necə başladığının və dəyişdiyinin əyani şəkildə şahidi olacaqsınız.
Bələdçiniz Sizi ən görməli yerlərlə və abidələrlə tanış edərək məlumatlandıracaq.
Tur qiymətinə daxildir:
- Transfer
- Oteldə yerləşmə
- Oteldə səhər yeməkləri
- Bələdçi
- Ekskursiyalar
Tur qiymətinə daxil deyil:
- Aviabilet
- Viza
- Sıgorta
- Muzeylərə giriş biletləri və muzey bələdçiləri
3 gün 2 gecə
Qiymət
Tur
QƏDİM VƏ MÜASİR BAKI
Gecə
2
Gün
3
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
-Heydər Əliyev adına Beynəlxalq Hava limanından qarşılama;
-Oteldə yerləşdirilmə;
-Bakının yeni siması ilə tanışlıq,
-Gəmi turu
08:00 – 11:00 Oteldə səhər yeməyi
11 : 00 – 11:30 İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğuna piyada ekskursiya.
İçərişəhər – şəhər içərisində unikal şəhərdir. Bu kiçik ərazidə onlarla tarixi abidə vardır ki, bunlardan da 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Qala daxilində 1300-dən çox ailə yaşayır, ərazidə 10-a qədər muzey vardır.
12:00 – 12:30 Qız Qalası (XII əsr), Cümə məscidi (XII əsr), Karavansaraylar (XIV-XV əsrlər)
13:00 – 14:00 "Şirvansahlar sarayı” muzey kompleksinə ekskursiya (XV əsr).
Kompleksə daxildir: Şah məscidi, Şirvanşahlar türbəsi, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, qədim məscid, saray hamamı və ovdan
14:00 – 15:00 Asudə vaxt (Nizami küçəsində(Tarqovaya)restoranların birində istək üzrə nahar )
16: 00 – 18:30 Dənizkənarı Bulvarda gəzinti.
Bundan əlavə Filarmoniya, “Kicik Venesiya”, Muğam Muzeyi və Xalçaçılıq Muzeyi kimi mədəni mərkəzlərlə tanışlıq. O cümlədən, Bakı funikulyoru, Şəhidlər xiyabanı, Alov Qüllələri və Dağüstü Parkda gəzinti
19:00 – Asudə vaxt
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder