İPƏK YOLU turu
İPƏK YOLU turu
Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki
Böyük ipək yolu - qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu olmuşdur. Tarixi ticarət marşrutları Çin, Hindistan, İran, Özbəkistan, Azərbaycan və digər ölkələrdən keçirdi.
Müasir İpək yolu turu Azərbaycanın ticarət və mədəniyyət mərkəzi olmuş şəhərlərimizi əhatə edir. Tura Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki şəhərləri daxildir. 6 günü əhatə edən tur çərçivəsində səfər edilən şəhərlərin tarixi memarlığı ilə tanış olmaqla yanaşı təamları dadmaq imkanı əldə edəcəksiniz.
Tur qiymətinə daxildir:
- Hava limanından/hava limanına transfer
- Oteldə yerləşdirmə
- Daxili nəqliyyat
Tur qiymətinə daxil deyil:
- Aviabilet
- Viza
- Sığorta
-Restoranlarda qidalanma
- Muzeylərə giriş biletləri və muzey bələdçiləri
6 gün 5 gecə
Qiymət
Tur
İPƏK YOLU turu
Gecə
5
Gün
6
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
1-ci gün
- Heydər Əliyev adına Beynəlxalq hava limanından qarşılama;
- Oteldə yerləşdirmə
2-ci gün
- Oteldə səhər yeməyi;
- Bakı şəhərinin ən maraqlı tarixi və memarlıq abidələrinə səyahət: İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu, Qız qalası, Şirvanşahlar saray kompleksi;
- Nahar fasiləsi;
- “Yanardağ”a, qədim atəşpərəstlik məbədi “Atəşgah”a ekskursiya
3-cü gün
- Otedə səhər yeməyi;
- Mərəzə kəndində Diri Baba məqbərəsinə ekskursiya;
- Nahar fasiləsi;
- Qəbələyə yolu. Orta əsrlərdə Şirvanın ən böyük toxuculuq mərkəzlərindən olmuş Basqal kəndinə səfər;
- Vəndam kəndi;
- Çuxur Qəbələ kəndində qədim Qafqaz Albaniyasından qalan paytaxt xarabalıqlarına ekskursiya
4-cü gün
- Oteldə səhər yeməyi;
- Şəki şəhərinə ekskursiya;
- Şəki Xan sarayına, orta əsrlərə aid qalaya, Karvansaraya, yerli tarix muzeyinə, əl işləri emalatxanasına, şəhərin ən hündür panoramalı nöqtəsinə, məscid-mədrəsəyə, yerli bazara səfər;
-Nahar;
-Marxala, Kiş kəndinə e.ə I əsrə aid Alban məbədinə ekskursiya
5-ci gün
- Oteldə səhər yeməyi;
- Qəbələ şəhəri ilə tanışlıq;
- Bakıya dönüş;
-Nahar;
- Şamaxıda tarixi “Cümə” Məscidinə, Yeddi Gümbəz məqbərəsi – Şirvanşahların məzarına ziyarət
6-cı gün
- Oteldə səhər yeməyi;
- Qobustan Milli Qoruğuna ekskursiya;
- Nahar;
- Hava limanına transfer
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder