BAKI-ŞAHDAĞ xizək turu
BAKI-ŞAHDAĞ xizək turu
Bakı, Şahdağ
Böyük Qafqaz dağ silsiləsinin zirvələrindən biri sayılan Şahdağ Azərbaycanın şimal-şərq istiqamətində Qusar rayonu ərazisində yerləşir.
Şahdağ zirvəsinin hündürlüyü dəniz səviyyəsindən 4,243 m-dir.
Bura əbəs yerə Qafqazın ən gözəl guşələri sırasında qeyd edilmir. Bölgənin təmiz təravətli dağ havasından, təbiətdən və koloritli mədəniyyətdən zövq almaq mümkündür. Buranın iqlimi qış turizmi üçün olduqca əlverişlidir. Məhz bu səbəblərdən Şahdağ dağının ətəyində müasir, bütün Avropa tələblərinə cavab verən turizm kompleksi istifadəyə verilmişdir.
Hal-hazırda Şahdağda aktiv istirahət etmək üçün lazım olan hər bir şərait mövcuddur. Burada yüksək xidmət səviyyəsinə sahib olan bir neçə otel, dörd ədəd rahat və təhlükəsiz qaldırıcı lift, xizəkçilik və snoubord avadanlığının icarəsi fəaliyyət göstərir. Eyni zamanda kurort ərazisində tibbi yardım məntəqəsi, dağ xizəkçilik məktəbi, geniş avtomobil dayanacağı və ən gənc dağ idmanı həvəskarları üçün xalça zolağı salınmışdır.
Şahdağ həm yüksək hazırlıqlı, həm də həvəskar xizəkçilik idmanı həvəskarlarına tam uyğundur.
Tur qiymətinə daxil deyil:
- Aviabilet
- Viza
- Sığorta
-Restoranlarda qidalanma
- Muzeylərə giriş biletləri və muzey bələdçiləri
6 gün 5 gecə
Qiymət
Tur
BAKI-ŞAHDAĞ xizək turu
Gecə
5
Gün
6
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılama;
- Oteldə yerləşmək;
- Qədim Bakı ekskursiyası: İçəri şəhər, Şirvanşahlar kompleksi
- Oteldə səhər yeməyi;
- Qobustan Dövlət tarixi-bədii Qoruğuna ekskursiya;
-Asudə vaxt
- Oteldə səhər yeməyi;
- Şahdağa transfer;
- Ərazidəki otellərdə yerləşmək;
- Asudə vaxtı
- Oteldə səhər yeməyi;
- Şahdağ dağ-xizək kurortunda sərbəst gün.
Qonaqlar qış əyləncələrindən və xidmətlərdən yararlanmaqla yanaşı müxtəlif pulsuz ski – passdan istifadə edə bilərlər.
- Oteldə səhər yeməyi;
- Bakıya transfer
- Şəhər gəzintisi: Bakı bulvarı, funkulyor Nizami küçəsi və s.
- Oteldə səhər yeməyi;
- Hava limanına transfer
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder