QUBA turu
QUBA turu
Bakı, Quba
Qubanın tarixi haqqında ilk məlumatlara qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində rast gəlinmişdir. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Quba adlanır. Quba şəhərinin ilk təməl daşı XIV-cü əsrdə qoyulmuşdur.
Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, Qudyalçayın sahilində yerləşir. Coğrafi mövqeyinə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu Azərbaycanın istirahət guşələrindəndir. Ərazi təbii və tarixi abidələr baxımından olduqca zəngindir. Təbiət qoynunda istirətə üstünlük verənlər üçün ideal ərazidir.
Rayonun ərazisində unikal yüksək dağ kəndi sayılan Xınalıq yerləşir. Kənd əhalisi öz dilinə malik ayrı etnoqrafik qrupu təşkil edir. Kənddə yaşı 200-300 il olan 380-ə yaxın ev var. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız, Vəlvələçayın sahillərində “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Təngəaltı dərəsi, Afurca kəndində Afurca şəlaləsi, Nügədi kəndində Nügədi gölü, Çəlibel gölü, Qəçreş meşələri rayonun ərazinin təbiətinin necə rəngarəng olduğunun işarəsidir.
Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir.
Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. ərazidə yerləşən memarlıq abidələrindəndir.
Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Quba şəhərində XIX əsrə aid Səkinə xanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam, bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məscid də tarixi abidələr sırasındadır.
Quba artıq öz rəmzinə çevrilmiş almaları ilə də məşhurdur. Burada 40-dan çox alma növü yetişir.
Bundan başqa Quba tanınmış xalçaçılıq mərkəzidir. Ənənəvi Quba xalçaları - Çiçi, Ağ gül, Pirəbədil - dünyaca məşhur xalça növləridir. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir.
Mütləq görün: Xınalıq kəndi, Afurca şəlaləsi, Təngaltı dərəsi, Qəşreş meşəsi
Tur qiymətinə daxildir:
- Oteldə gecələmə
- Qidalanma (səhər və axşam yeməyi)
- Ekskursiyalar
- Transfer
- Bələdçi xidməti
Tur qiymətinə daxil deyil:
- Aviabilet
- Viza
- Sıgorta
- Muzeylərə giriş biletləri və muzey bələdçiləri
5 gün 4 gecə
Qiymət
Tur
QUBA turu
Gecə
4
Gün
5
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
Hava limanında qarşılama
Bakı gecə ekskursiyası
Yerli restoranlardan birində şam yeməyi
Otelə qatıdış
09:00 Səhər yeməyi
10.00 Şamaxıdan Bakı şəhəri istiqamətində hərəkət
Şamaxıda gəzinti: muzey, xalça sexi, "Yeddi Günbəz" məscidi, bazar
Diri Baba Türbəsi
Palçıq vulkanı
13.00 Bakıya geri dönüş
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder