BAKI və heyrətamiz ətrafı

BAKI və heyrətamiz ətrafı

Bakı, Qobustan

Bir gün əhatə edən bu ekskursiya vasitəsilə Siz şərqlə qərb mədəniyyətini özündə sintez edən, qədim və modern Bakı ilə tanış olmaqla yanaşı, şəhər ətrafında yerləşən, nadir və qeyri-adi təbiət hadisələrini də canlı görmək imkanı əldə edəcəksiniz. Siz minillik tarixi olan qayaüstü rəsmlər toxunaq, unikal təbiət hadisələrini izləyəcək və Bakının mərkəzi küçələrindəki qədim atmosferi hiss edəcəksiniz.

SİZİ GÖZLƏYİR:

Qobustan- İbtidai incəsənət abidəsi
Siz Böyük Qafqaz sıra dağlarının cənub-şərq dağətəyi ilə Xəzər dənizi arasında, Qaradağ və Abşeron rayonları ərazisində yerləşən arxeoloji, nadir tarixi-coğrafi qoruq Azərbaycanın Milli Parkı Qobustana yola düşəcək, burada daş dövrü insanların qayaüstü rəsmlərinə toxunacaq və qədim mədəniyyətlə tanış olacaqsınız. Burda Sizi həmçinin ibtidai insanların eksopnatlarının təqdim olunduğu qapalı müzey gözləyir.

Palçıq vulkanları
Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Lakin, Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqıdır. Siz bu ərazidə nadir və qeyri-adi təbiət hadisəsinin şahidi olacaqsınız. Bələdçimiz sizə unikal təbiət fenomenin yaranması, coğrafiyası və faydaları haqqında məlumat verəcək.

Qədim şəhər Bakı
Eskursiya “İçəri şəhər”in əsas girişi Qoşa Qala qapısından başlayır. Qoşa qala qapısı həmçinin Şamaxı darvazaları (XII əsr) kimi də məşhurdur. Karvansaray “Multani” (XIV əsr), Kavansaray “Buxara” (XV əsr), “Qız Qalası” , “Şirvanşahları saray kompleksi” və başqa bu kimi onlarla tarixi-memarlıq abidələri ilə tanış olacaq və əlbəttə ki, şəhərin tarixi haqqında ən maraqlı məlumatarı əldə edəcəksiniz.

Yanardağ
Sizi yeni bir təbiət hadisəsi gözləyir. Yanardağ- heç vaxt sönməyən təbii oddur. Siz bu sirli atmosferli təbiət hadisəsini gecə müşahidə edəcək, təbii alovun ətraf ərazilərə saçdığı işığın sirrliliyini və qədimiliyi hiss edəcəksiniz.

Tur qiymətinə daxildir:

Bələdçi xidməti;

Rahat avtobuslarla hərəkət;
Muzeylərə və başqa ekskursiya obyektlərinə giriş;
Ekskursiya boyunca şüşələrdə içməli su

Qiymət

Tur

BAKI və heyrətamiz ətrafı

Gecə

-1

Gün

0

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...