Xəzər dənizinin mənzərəli sahilində yerləşən otel Bakının mərkəzindən yarım saatlıq məsafədə, Heydər Əliyev Beynəlxalq Hava Limanından 11 km məsafədə yerləşir. Otel qonaqlara müxtəlif mənzərəli otaqlar təklif edir və bu otaqlardan Siz Xəzər dənizinin unudulmaz mənzərələrinə baxıb zövq ala bilərsiniz. Eyni zamanda otel bir neçə yataq otağına malik olan komfortlu rahat kotteclər də təklif edir. Bura ailəvi istirahət və biznes görüşmələri üçün ideal yerdir.
Otel ərazisində cürbəcür çeşidli mətbəxə sahib olan restoranlarda həm Avropa, həm də Azərbaycan mətbəxinin təamlarının dadına baxmaq mümkündür. Eyni zamanda Sizi canlı müsiqiyə sahib olan və açıq havada yerləşən barlar, açıq və qapalı hovuzlar, peşəkar SPA mərkəzi, pulsuz Wi-fi və rahat avtomobil dayanacağı təklif edir.
Sağlam həyat tərzinə qiymət verən qonaqlar üçün oteldə fitnes zalı və meditasiya üçün xüsusi otaq, hovuzlu türk hamamı və termal qızdırılan vannalar xidmətinizdədir. İdman həvəskarları üçün oteldə basketbol, mini futbol meydançaları və tennis kortları da vardır. Uşaqları isə akvoparkda gözəl vaxt keçirmək gözləyir.
Tur qiymətinə daxildir:
Transfer: hava limanı-otel-hava limanı;
Oteldə yerləşmə;
Səhər yeməyi;
Vergilər