Yeni il BAKI turu

Yeni il BAKI turu

Bakı, Abşeron

Dünyanın hər yerində insanlar Yeni ili eyni ümidlərlə — xoş arzular, yeni uğurlar, xoşbəxtlik gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Qədim mədəniyyətə və rəngarəngliyə malik olan, Şərq və Qərb mədəniyyətinin ən yaxşı tərəflərini özündə cəmləşdirən küləklər şəhəri- Bakı yeni il bayramını keçirmək üçün ən doğru seçimdir.

Tur qiymətinə daxildir:

Hava limanından qarşılama;
Otelə transfer;
Oteldə səhər yeməyi;
Ekskursiya;
Bələdçi

5 gün 4 gecə

Qiymət

Tur

Yeni il BAKI turu

Gecə

4

Gün

5

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

-Heydər Əliyev adına Beynəlxalq Hava limanından qarşılama;
-Oteldə yerləşdirilmə;
- Asudə vaxt

- Oteldə səhər yeməyi;
- “İcəri Şəhərdə” piyada ekskursiya: İçərişəhər – şəhər içərisində unikal şəhərdir.  Bu kiçik ərazidə onlarla tarixi abidə vardır ki, bunlardan da 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Qala daxilində 1300-dən çox ailə yaşayır, ərazidə 10-a qədər muzey vardır: Qız Qalası (XII əsr), Cümə məscidi (XII əsr), Karavansaraylar (XIV-XV əsrlər)
- "Şirvansahlar sarayı” muzey kompleksinə ekskursiya (XV əsr). Kompleksə daxildir: Şah məscidi, Şirvanşahlar türbəsi, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, qədim məscid, saray hamamı və ovdan
- Asudə vaxt (Nizami küçəsində(Tarqovaya) restoranların birində istək üzrə nahar)
- Bakının yeni siması ilə tanışlıq: Dənizkənarı Bulvar,  Şəhidlər xiyabanı, və Dağüstü Parkda gəzinti. 
Bundan əlavə Filarmoniya, Alov Qüllələri “Kicik Venesiya”, Muğam Muzeyi və Xalçaçılıq Muzeyi Bakı funikulyoru ilə mərkəzlərlə tanışlıq. 

- Oteldə səhər yeməyi;
- Abşeron ekskursiya (Atəşgah məbədi, Qala kompleksi, Yanardağ).
-"Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. 
- Qala dövlət tarixi-etnoqrafik qoruğu – müxtəlif zaman və dövrləri ehtiva edən inanılmaz bir məkandır. 
- Yanardağ- heç vaxt sönməyən təbii oddur. Siz bu sirli atmosferli təbiət hadisəsini gecə müşahidə edəcək, təbii alovun ətraf ərazilərə saçdığı işığın sirrliliyini və qədimiliyi hiss edəcəksiniz.

- Qobustana ekskursiya : Qobustan petroqlifləri - əhatə etdiyi dövrə görə dünyada ən qiymətli qayaüstü təsvirlərdən hesab olunur.  Eramızdan əvvəl XVIII-XVII minilliklərdə Qobustanda təşəkkül tapmış mədəniyyətin dövrümüzə ibtidai incəsənətin nümunələri – qədim qayaüstü təsvirlər gəlib çatıb. Təsvirlərdə həmin dövrdə yaşamış insanların düşüncələri, mədəniyyəti, məişəti öz əksini tapır. Qobustanın qayaüstü təsvirlərinin bədii landşaftı 2007-ci ildə YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilib. Ərazidə eyni zamadan Qafqazın ən böyük palçıq vulkanları yerləşir.

- Oteldə  səhər yeməyi;
 - Hava limanına transfer

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...