Off-road (Yolsuzluq) turları

Off-road (Yolsuzluq) turları

Qobustan, Quba, Şabran, Şamaxı

Turistlərin ən sevilən əyləncələrindən olan Off-road (yolsuzluq) turları birmənalı olaraq ekstrim və adrenalin mənbəyidir. Azərbaycanın rəngarəng və təkrarolunmaz təbiəti  ilin istənilən fəslində təbiət qoynunda avtomobillə səyahət etməyi sevən, aktiv istirahətə üstünlük verən turistlər üçün olduqca əyləncəli və unikal imkanlar yaradır. 
Bu əyləncəli tur  əsasən off-road (yolsuzluq) avtomobillərində asfalt və ya beton örtüyü olmayan turistik marşrutlar üzrə səfərlərdən ibarətdir.

Bu əyləncəli turlar müxtəlif məsafə və çətinlik dərəcəsindən asılı olan yerlərdə  təbiət və tarixi marşrutlar üzrə ərazidə yerləşən abidələrlə tanış olmaq, dağlıq bölgələrdən keçən ən yaxşı məkanlara səyahət etməyə imkan təklif edir.
Tur üçün təklif olunan avtomobillər böyük məsafələri qət etmək və əlverişsiz yollardan keçmək üçün bütün texniki tələblərə cavab verir.

 Off-road (Yolsuzluq) turlarına qoşulmaqla  böyük emosiyalar əldə edəcək və ən çətin yol-yolsuzluq şəraitində avtomobilin idarəolunması ilə bağlı özünə inamı əhəmiyyətli dərəcədə artıracaqsınız.

Qiymət

Tur

Off-road (Yolsuzluq) turları

Gecə

-1

Gün

0

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...