İSMAYILLI turu

İSMAYILLI turu

İsmayıllı, Lahıc, Basqal, İvanovka

Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda yerləşən İsmayıllı füsunar təbiəti, bol sulu cayları, zəngin flora və faunaya malik meşələri ilə turistik zonalarımız sırasına daxildir. İsmayıllı eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. Belə qədim tarixə malik olması səbəbindən ərazi maddi və mədəni tarixi abidələr  baxımından zəngindir. 

Turun müddəti: 1 gün
Ekskursiya dövrü: gündəlik (apreldən-oktyabradək məsləhət görülür)
Görüş yeri: Bakı şəhəri
Turun tipi: fərdi (şəxsi) və ya qrup
Turun təşkil edildiyi dil — rus, ingilis, ərəb və ya fars 

SİZİ GÖZLƏYİR:

LAHIC

Füsunkar təbiət landşaftı ilə əhatə olunmuş Lahıc  Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə Girdiman çayının sahilində yerləşir. Belə bir coğrafi mövqe qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır. Eyni zamanda bu mövqe keçmişdə onun sakinlərinin ətraf aləmdən qismən də olsa təcrid etmişdir. Günümüzdə qayalıqla əhatə olunan 1960-cı illərdə aşırımda salınmış maşın yolu, qəsəbəyə aparan yeganə yoldur. Həmin yol salınana qədər qəsəbəyə yalnız piyada dağ ətəyi cığırla qalxmaq olurdu.  Günümüzdə qış aylarında yola qardan təmizləyən xüsusi texnika təhkim olunur.  Bu səbəbdən soyuq aylarda belə qəsəbəyə səfər etmək heç bir çətinlik yaratmır.
Lahıc - ən sıx əhalisi olan şəhər tipli tat qəsəbəsidir.  Əhalisi 10 minə yaxındır. Ərazi günümüzdə sənətkarlığın nəsildən-nəsilə ötürüldüyü bir qədim qəsəbə kimi tanınır.
Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.
1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.
Asma körpüləri ilə məşhur olan qəsəbənin mərkəzi küçəsi füsunkar təbiəti fonunda, misdən və dəmirdən hazırlanmış müxtəlif məmulatların satıldığı dükanlarla əhatələnib.

BASKAL

Qəsəbənini yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Tarixi mənbələrə görə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur.
Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan XIV əsrə aid qala divarlarının izləri bu günədək qalmaqdadır.  Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub.
Qəsəbənin eyni daşlardan döşənmiş dar küçələri  xüsusi bir atmosfer yaradır. Başqalın maraqlı bir xüsusiyyəti, bütün evlərin üzü Məkkəyə tikilməsidir.  Digər bir fərqli xüsusiyyət isə XVII əsrdə hamamların evlərin içərisində yerləşməsidir. Küçə boyunca səliqəli düzülmüş iki mərtəbəli evlər həyətyanı sahələrə malikdir. Birinci mərtəbəyə kommunal otaqlar, ikinci mərtəbə yaşayış sahəsi daxildir. Evlərin tikintisinidə 5-6 daşdan sonra çay daşlarından istifadə olunmuşdur ki, bu da tikililəri zəlzələyə davamlı edir. Mütəxəssislər bunu "seysmik kəmər" adlandırırlar.
Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.

İVANOVKA

 İvanovka İsmayıllı rayonunun mərkəzindən 12-14 km cənub-qərbdə, Acınohur dağlığında yerləşir. Kəndin əsası 1847– cı ildə çar hakimiyyəti dövründə  inancları səbəbindən Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur. Kənd özünəməxsus adət-ənənələri,unikal mədəniyyəti və füsunkar təbiəti ilə həmişə diqqət mərkəzində olmuşdur.
Qeyd edək ki, kəndə fərqli sima qazandıran ənənəvi rus sobaları ucqar kəndlər mavi yanacaqla təmin edildikdən sonra bir çox evlərdən  çıxarılmışdı. Ancaq ənənəvi ritual yeməklərin hazırlanmasında zəruri olduğu üçün yenidən həyətlərdə quraşdırılmışdır. 

Tur qiymətinə daxil deyil

Qidalanma;
Şəxsi xərclər;
Sığorta
 

Qiymət

Tur

İSMAYILLI turu

Gecə

-1

Gün

0

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...