BAKI- gecə ekskursiyası

BAKI- gecə ekskursiyası

Bakı

Gecə paytaxt küçələri parlaq və əsrarəngizdir. Şəhərin ümumi atmosferi Sizə hər şeyi asanlıqla unutduracaq və  Siz bu cazibədar şəhərin gecə həyatında tam olaraq qərq olacaqsınız. Bakının parlaq axşam işıqları altında panoramik şüşə çatı ilə rahat bir avtomobildə gecə prospektlərindən və meydanlardan keçərək bu sehirli şəhərin ən gözəl, görkəmli yerlərinin unikal fotoşəkillərini çəkmək imkanı əldə edə bilərsiniz! Gecə Bakıya aşiq olmamaq mümkünsuzdür. Şəhər ilə tanışlıq şübhəsiz yaddaşınızda qalacaq və bu şəhər səmimi bir məhəbbət hissi ilə xatırlayacaqsınız. Biz isə öz növbəmizdə Sizin kiçik macəranızın daha maraqlı və yaddaqalan olması üçün çalışacağıq. 

Sizi gözləyir: 

Dağüstü park – şəhərin ən hündür nöqtəsindən Bakı buxtasının panoramik görünüşü;
Bayraq meydanı – dünyanın ən hündür bayraqlarında biri Bakı Bayraq Meydanında yeləşdir. Paytaxt Bakı şəhərinin əsas simvollarından biri olan Dövlət Bayrağı Meydanı Azərbaycan Respublikasının gücünü və qüdrətini təcəssüm etdirir və gələcək nəsillər üçün tarixi əhəmiyyətə malikdir.
Alov qüllələri – müasir Bakının simvollarından birinə çevrilib. Şəhərin ən böyük tikililəridir.
Bakı bulvarı -  Xəzər dənizinin sahilində yerləşən bulvar 1909-cu ildə yaradılmışdır. Bakıların ən sevimli istirahət məkanlarında sayılır.
Xalça muzeyi – xalçaçılıq Azərbaycanda qədim tarixə malik tətbiqi-incəsənət növlərindən biridir.  Azərbaycan Xalça Muzeyi dünya xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir.
Heydər Əliyev  Mərkəzi -  Bakının simvollarından biri hesab edilən mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir.
Eləcə də, “Kiçik Venesiya”, Filarmoniya bağı ilə tanışlıq və s.

Turun müddəti: 2-3 saat
Eskursiyanın başlama vaxtı: 20:00
Turun hərəkət istiqaməti:  Bakı şəhəri ilə ümumi tanışlıq
Ekskursiya növü: qrup və ya fərdi (individual)
Ekskursiyanın təqvimi: həftə sonu
Turun təşkil edildiyi dil: rus, ingilis, ərəb, fars (istəyə görə)

 

 

 

Qiymət

Tur

BAKI- gecə ekskursiyası

Gecə

-1

Gün

0

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...