İÇƏRİ ŞƏHƏR-də piyada gəzinti

İÇƏRİ ŞƏHƏR-də piyada gəzinti

Bakı

Sirrlərlə dolu “Qədim şəhər”-piyada gəzinti

 Qədim Bakının tarixini, mədəni irsini, memarlığını günümüzədək yaşadan “İçərişəhər” və ya “Qədim şəhər” kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Açıq hava altında muzey adlandırlan tarixi ərazi  çox yaxşı qorunmuş qala divarlar ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.
Qədim şəhərin ərazisində UNESKO mədəni irsinə salınmış onlarla tarixi abidə mövcuddur. Günümüzədək varlığını qoruyu saxlamış Qədim şəhər, Qız qalası, çoxsaylı labirintili dar küçələri, üçqat qala divarları ilə şəhərin bütün koloritini və tarixiliyini sərgiləyir. Tarixə toxunmaq və zamanda yolçuluq etmək istəyirsinizsə bu ekskursiya Sizin üçündür.

Sizi gözləyir:

 Şirvanşahlar sarayı –  Şirvan şahlarının Bakı şəhərində yerləşən iqamətgahı. Sarayın tikintisi Şirvanşahlar dövlətinin paytaxtının Şamaxından Bakı şəhərinə köçməsi ilə bağlıdır. Saray kompleksi XIII-XVI əslər arasından inşa edilmişdir. Kompleksə saraydan başqa DivanxanaŞirvanşahlar türbəsiŞah məscidiSaray hamamıovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.

 Qız qalası - Bakının ən böyük və sirrli abidələrindən biri XII əsrə əid edilən Qız qalası.
Qala 1964 - cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidələrdən biri.
Tarixi mənbələrdə Bakı Cümə məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur. Bakı Cümə məscidi 1899–cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir.

 Eləcə də, Qoşa qala qapısı, Bazar meydanı, Karvansaraylar, bir neçə məşhur sovet filmin çəkildiyi küçələr, muzeylər, qədimi məscidlər, hamamlar, sənətkarlıq emalatxanaları, ənit əşya və suvenir mağazaları və s.

Turun müddəti: 2,5-3 saat
Marşrut: Qədim şəhər
Görüş yeri: İçəri şəhər metro stansiyasının qarşısı
Turun tipi: fərdi (individual) və ya qrup
Turun başlama vaxtı 10:00
Turun təşkil edildiyi dil — rus, ingilis, ərəb və ya fars

Tur qiymətinə daxil deyil:

Qidalanma;
Şəxsi xərclər;
Sığorta

 

 

Qiymət

Tur

İÇƏRİ ŞƏHƏR-də piyada gəzinti

Gecə

-1

Gün

0

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...