ŞƏRAB turu
ŞƏRAB turu
Bakı, Qəbələ, Gəncə, Göygöl, Şəmkir
Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır. Azərbaycanda qədim şərabçılıq ənənələrinin olması faktı Kültəpə, Qalacıq və Qarabağlar ərazilərində aparılan arxeoloji qazıntılar zamanı təsdiq edilmişdir. 1962- ci ildə Akstafada aparılan arxeoloji qazıntılar zamanı içində e.ə II minilliyə aid olan üzüm dənələrinin olduğu daşdan hazırlanmış qıcqırtma və saxlama qabları aşkar ediləsi buna əyani sübutdur.
Orta əsrlərdə təbabətdə şərabdan istifadə olunması faktı tibbə və elmə məlumdur.
Onun bəzi növlərindən yorğunluğa qarşı, o cümlədən bəzi xəstəliklərin müalicəsində istifadə olunurdu. XII əsrə aid tarixi məlumatlarda az miqdarda içilən şərabın daxili orqanları, melanxoliya, depressiyaya yaxşı təsir etdiyi, ağ şərabın isə soyuqdəymə və zökəmi müalicə etdiyi qeyd edilirdi. Qızılgül ləçəklərindən hazırlanan şərab isə baş ağrısı, mədə ağrısı və ürək xəstəliklərinin müalicəsində istifadə olunurdu.
Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın üzüm emalı müəssisəsində lisenziya əsasında təbii üzüm şərabları, şampan tipli şərablar, likör, konyak tipli içkilər (brendi), araq (vodka), rektifikasiya edilmiş etil yeyinti spirti, konyak və s. istehsal edilir. Həmin şərabçılıq məhsulları ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, Kanada, İsveç, Hindistan, Vyetnam, Çin, Yaponiya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Pribaltika ölkələrinə ixrac edilir.
Siz bu tura qoşulmaqla şərabın emalı ilə yaxından tanış olmaqla yanaşı müxtəlif şərab növlərini dadmaq və dəyərləndirmək imkanı əldə edəcəksiniz.
6 gün 5 gecə
Qiymət
Tur
ŞƏRAB turu
Gecə
5
Gün
6
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
-Aeroportda qarşılanma, transfer;
-Bakıda oteldə yerləşmə;
-Şam yeməyi;
-Oteldə gecələmə
08.00 Səhər yeməyi oteldə;
09.30 Bakı şəhərində ekskursiya
- "İçəri Şəhər"- şəhərin orta əsrlərə aid hissəsi: qala divarları, orta əsrlərdə əsas şəhər qapıları - "Qoşa qala qapısı", Bakının simbolu - XII əsrə aid qala - " Qız qalası", orta əsrlər karvansaraylar "Multani", "Buxari", "2 mərtəbə" -qədim məscidlər, hamamlar, əl işi emalatxanaları və qədim anbarlar, orijinal arxitekturaya malik qədim küçələr, Şirvanşahlar saray kompleksi (Şeyx Səid-Yəhya Bakuvinin türbəsi, məscid, divanxana, sərdabələr və qədim hamamlar);
- Dağüstü parkdan şəhərin və Bakı buxtasının görünüşü;
14.00 Şəhərin mərkəzində, milli restoranların birində nahar;
Burada Azərbaycan mətbəxinin dadlı təamlarının və yerli, məşhur şərabın dadına baxmaq olar.
-Bakı şərabçılıq zavoduna səyahət, şərab və spirtli içki məhsulları ilə tanışlıq, həmçinin Azərbaycan şərablarının və konyaklarının dadına baxmaq;
-Məhşur "Tovuz konyak-klub" mağazasına baxış, spirtli içkilərin satışı ilə məşğul olan "Tovuz-Baltia LTD" şərabçılıq şirkətinə səfər;
"Azərbaycan mətbəxinin və içkilərinin dadına bax" başlığı altında şəhər restoranlarının birində nahar
20.00 Milli restoranda şam yeməyi
Oteldə gecələmək
07.30 Səhər yeməyi;
- Şamaxı şəhərinə yola düşmə;
Tur: Yerli şərabçılıq müəssisəsinə ekskursiya və Şamaxı regionunda şərabçılığın inkişafı ilə tanışlıq.
Ağsu ərazisində orta əsrlərə aid şəhərin arxeoloji qazıntısı ilə tanışlıq;
Zavoda ekskursiya ("Az-Granata" Ağsu Şirə və Şərab Zavodu) – dequstasiya
14:00
-Nahar fasiləsi: - yerli “Şirvan” şərablarının və milli təamların dadına baxmaq;
Şamaxı – Muğan Niyaldağdan gözəl mənzərə-İsmayıllı-Vəndam-Qəbələ ekskursiyası (90 km.)
Ekskursiya proqramına Nohurqışlaq qəsəbəsində yerləşən Nohurgöl gölünə səyahət;
-Qəbələ şəhərində şam yeməyi və gecələmə
07.30 Səhər yeməyi;
09.00 Qərb regionunun milli şərabçılıq regionlarına ekskursiya : Qəbələ-Ağdaş-Yevlax- Göygöl (170 km)
- Nic qəsəbəsində yerləşən, orta əsrlərə (XVI-XVIII əsrlər) aid Xrisitan “Jotary kilsəsi” məbədinə səyahət;
14.00 - Göygöl şəhərində etnik Helenendorf restoranında nahar (yerli təamların və məşhur Göygöl şərabının dadına baxmaq);
16.00 Göygöl şəhərində yerləşən keçmiş Alman koloniyası olan Helenendorfla tanışlıq;
18.00 - Gəncə şəhərinə gəlmə və yerli Gəncə otelində yerləşdirmə;
20.00 - Gəncə restoranında (10 km) nahar, şərab və milli mətbəxin dadına baxmaq;
21.30 - Gəncə şəhərində qısa axşam ekskursiyası
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder