"NOVRUZ" bayramı - turu

"NOVRUZ" bayramı - turu

Bakı

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir.

"Novruz Bayram"- Azərbaycanda ən mühüm və sevimli bayramlardan biridir. Bu bayram yazın gəlişini simvolizə edən qədim xalq bayramdır.
 20-21 martda  gecə və gündüzün bərabərli günü qeyd olunur.
Bayramın mənşəyi qədim Zərdüştlük dini ilə bağlıdır.  Xüsusilə rəngarəng və maraqlı keçirilən "Novruz" bayramı bahar, təbiətin yenilənməsi və isti başlanğıc ilə bağlı günlərdir.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.

Azərbaycanda Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir.  Bayrama qədər dörd çərşənbə su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi xüsusi təmtaraqla qeyd edilir.
Yaşı ən azı 3700 ən çoxu 5000 ilə bərabər olan bayram 2009-cu ildə  YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

 Novruz özünəməxsus adət-ənənələrlə tanış olmaq və maraqlı tətil keçirmək üçün ideal vaxtdır!

3 gün 2 gecə

Qiymət

Tur

"NOVRUZ" bayramı - turu

Gecə

2

Gün

3

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

  • Bakının yeni siması ilə tanışlıq: Muğam Muzeyi və Xalçaçılıq Muzeyi və s.
  • Heydər Əliyev adına Beynəlxalq Hava limanından qarşılama;
  •  Oteldə yerləşdirilmə;
  • Dənizkənarı Bulvarında gəzinti: “Kicik Venesiya”,  o cümlədən, Bakı funikulyoru, Şəhidlər xiyabanı, Alov Qüllələri və Dağüstü Parkda gəzinti

  • Dənizkənarı Bulvarda gəzinti. 
  • -Qız Qalası (XII əsr), Cümə məscidi (XII əsr), Karavansaraylar (XIV-XV əsrlər)
  • İçərişəhərdə keçirilən Bayram şənliklərində proqramına müxtəlif tədbirlər daxildir. 
  •  Oteldə səhər yeməyi
  • İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğuna  piyada ekskursiya.   
  • İçrişəhər – şəhər içərisində unikal şəhərdir. Bu kiçik ərazidə onlarla tarixi abidə vardır ki, bunlardan da 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Qala daxilində 1300-dən çox ailə yaşayır, ərazidə 10-a qədər muzey vardır. 
  • - "Şirvansahlar sarayı” muzey kompleksinə ekskursiya (XV əsr).
  • - Milli restoranların birində bayram əhval-ruhiyyəli şam yeməyi.

  •  Bakı şəhərinə dönüş
  • Qobustan Dövlət Tarix və Bədii Qoruğuna ekskuriya;
  • Oteldə səhər yeməyi
  •  Asudə vaxt (nahar fasiləsi)
  • Hava limaına transfer

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...

İÇƏRİ ŞƏHƏR-də piyada gəzinti

Sirrlərlə dolu “Qədim şəhər”-də piyada gəzinti  Qədim Bakının ...