YOUTHVISION 2018

Afişalar YOUTHVISION 2018 May ayında Bakıda, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Üçüncü Beynəlxalq Gənclər Vizionu Yarışması keçiriləcək.

Böyük Britaniya, Finlandiya, Gürcüstan, İtaliya, Polşa və digər ölkələrdən, eləcə də Azərbaycandan olan gənc ifaçılar qələbə üçün yarışacaqlar.

YouthVision-in məqsədi yaradıcı potensialın müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün şərait yaratmaq, həmçinin gənclər üçün boş vaxtların səmərəli təşkilidir.