PARKLAR

Kataloq PARKLAR


Filarmoniya Bağı

Bu müasir park 2013-cü ildə açılıb. Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə var.


Dağüstü Park

Dağüstü parkı Bakının ən gözəl məkanlarından biri hesab etmək olar. 2013-cü ildə bağ yenidən əsaslı şəkildə bərpa olunub.


Sahil Parkı

Sovet dövründə əsası qoyulan bu park “26 Bakı Komissarı meydanı” kimi adlandırılmışdı. 2009-cu ildə bərpa işlərindən sonra yeni görünüş əldə etmişdi.


Zabitlər Parkı

Bu park II Dünya Müharibəsi zamanı həlak olan əsgərlərin xatirəsinə həsr olunmuşdur. 2011-ci ildə əsaslı təmir-bərpa işlərindən sonra sakinlərin ixtiyarına verilmişdi. Park 4 hektar ərazini əhatə edir. Parkda 700 kvadratmetrlik örtülü buz meydançası yaradılıb.


Xaqani Bağı


Bakının ən köhnə parklarından biridir. Tikilmə tarixi 1870-ci illərə təsadüf edir. Bu bağ Molokan bağı kimi də tanınır.



Dədə Qorqud Parkı

Bu müasir park 2013-cü ildə açılıb. Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə var.





Mərkəzi Botanika Bağı

1935-ci ildə Botanika İnstitutunun dəstəyi ilə 
Mərkəzi Botanika Bağının əsası qoyulmuşdu. Bağın ərazisi 16 hektardır.



Mərdəkan Dendrarisi

Mərdəkan Dendrarisi 1895-1920-ci illərdə xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Bağın ərazisi 24 hektardır.