INTOURIST BAKU
Mikail Useynov küç.51, Bakı AZ1003, Azərbaycan
Dəniz mənzərəsinin yaratdığı romantika əvəzedilməzdir. Eyvanınıza çıxarkən gözləriniz Milli Bayraq Meydanından sağa doğru Bakı körfəzindən keçib Bakı Portuna sataşanadək mənzərədən zövq alacaq, Xəzər dənizinin mavi suları isə ulduzlar kimi sayrışaraq sizə sükut və ilham gətirəcək.
Otelin lyuks qonaq otaqları Sizə unudulmaz rahatlığı və göz oxşayan incəliyi yaşatmaq üçün dizayn olunub. Xüsusi sifarış edilmiş mebel, dolayı işıqlandırma, ahəngli rəng palitrası, hamam otaqlarını əhatə edən şüşə ayırmalar müasir, geniş və rahat mühit yaradır. Səsə davamlı ikiqat şüşə pəncərələr qonaqları məşğul şəhər həyatından ayırmaq üçün sükutu və xüsusi qayğını təmin edir. Hamam otaqları geniş duş və xüsusi aksessuarlar ilə zənginləşdirilmişdilər. Otaqların dizaynı son texnologiyaları əks etdirərək, birbaşa Xəzər dənizi mənzərəsini təmin edir, bəziləri isə şəhərə və ətrafdakı landşafta baxır.
Inturist Hotel Baku ən müasir komfortu və bundan əlavə ən yüksək lyuksun yeni görkəmini - sükutu və rahatlığı təmin edir. Hər bir otağımız bütün müasir avadanlıqlarla təchiz olunmuşdur:
• Fərdi temperatur nəzarəti
• Kabel və peyk televiziyası və geniş kanal seçimi imkanı olan 42″ düz ekran TV
• Beynəlxalq data portları və simsiz internetə çıxış
• Otaq-içi təhlükəsizlik zəmanət qutusu
• Çay və qəhvə avadanlıqları
• Xüsusi hamam otaqları və yağış duşu
• Fen, ütü və ütü lövhəsi
• Bornoz və başmaqlar
• iHome dok stansiyası
• Qeyri-allergik yastıq, körpə beşikləri və əlavə çarpayı (öncədən xahiş etməklə)
• 24 saat fəaliyyət göstərən otaq xidmətləri
Əla qiymət
Mükəmməl məkan
Mükəmməl heyət
Ləzzətli yeməklər
Gözəl mənzərə
Təcrübli xidmət
Mövcud otaqlar
INTOURIST KING
INTOURIST TWIN
SEA VIEW KING
SEA VIEW TWIN
DELUXE TWIN
KHAZAR SUITE
TERRACE SUITE
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
Dəstək mərkəzi
Elvintravel
E-Poçt dəstəyi
office@elvintravel.az
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder