Azərbaycana səyahət edərkən təhlükəsizliyinizi təmin edin!
Səyahət sığortası vətəndaşın ölkədən kənarda istirahəti zamanı yaşana biləcək hadisələrdən sığortalanmasını, maddi, mənəvi zərərin ödənilməsini nəzərdə tutur. Səyahət sığortası üzrə sığorta ödənişi bir sıra xoşagəlməz hallar üzrə həyata keçirilə bilər. Bura sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı baş verə biləcək bir sıra xoşagəlməz itkilərinin tam və ya qismən ödənilməsi daxildir. Səyahət zamanı xoşagəlməz hadisələrdən sığortalanmamaq gələcəkdə baş verəcək təhlükələr qarşısında aciz qalmaq deməkdir.
Sığorta təminatında:
Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası;
Fərdi qəza sığortası;
Xaricə səfər zamanı baqajin sığortası;
Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası;
Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası;
Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası;
Sığorta olunanın yaxın qohumunun hoteldə qalma xərcləri;
Sığorta olunanın yaxın qohumunun nəqliyyat xərcləri;
Səyahətin ləğv edilməsi (fors-major hallarda);
Təcili məlumatların ötürülməsi;
Sığorta olunanın yaxın qohumunun ölümü ilə bağlı onun Azərbaycana gözlənilməz qayıdışı;
Repatriasiya xidmətləri
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder