Məzuniyyətinizi isti Azərbaycanda keçirin!
Yay tətilinizi daha anlamlı və yadda qalan etmək o cümlədən, ilyolu yığılan yorğunluqdan azad olmaq istəyirsinizsə, məzuniyyənizi Xəzər sahillərinin çimərliklərində keçirmək ideal addımdır.
Azərbaycanın ərazisi şərqdən Xəzər dənizi ilə əhatələnib, çimərlik mövsümü beş ay (may-sentyabr) davam etsə də, unikal yumşaq iqlimi sayəsində xəzər dənizi sahillərində il boyu istirahət etmək mümkündür. Bu cür unikal şərait sayəsində Xəzər sahilləri məhşur turizm yerinə çevrilib.
Yarımadasının ərazisində subtropik iqlim üstünlük təşkil edir. Bu səbəbdən Bakıda qış həmişə qısa və mülayim, yay isə isti və uzun keçir. Bakı italiya və yunanıstanla eyni coğrafi enlikdə yerləşməsinə baxmayaraq, burada daha az yağıntı miqdarı müşahidə olunur, orta illik tempratur isə bir qədər yüksək olur. Eynilə, abşeron-nabran sahillərində günəşli havalar soçi-suxumi rayonlarından 1,5 dəfə çoxdur.
Xəzər sahilinin Nabran-Yalama, Giləzi-Zabrat, Abşeron, Lənkəran-Astara çimərliklərinin yaxınlığında karbohidrogenli mineral sular vardır. Bunlar sahil zonalarında rekreasiya obyektlərinin bütün il boyu fəaliyyət göstərməsi üçün şərait yaradır. Dəniz sahilinin iqlim zonası, təbii şəraiti və turistik infrastrukturuna görə iki hissəyə - Bakı- Abşerona yarımadası zonası və şimal-şərqdə Nabran–Xudat -Yalama zonasına bölünür.
Abşeron yarımadası kurortlar qrupu rayonu respublikamızda məşhur kurort guşəsidir. Təxminən 53 kilometr dənizin içərisinə doğru irəliləyən bu yarımada çimərliklərlə əhatələnib. Abşeron təkcə qumlu sahil və dənizlə deyil, çoxlu sayda qaynan şəfa bulaqları ilə xarakterizə olunur.
Ərazinin təkcə çimərlik deyil, kurort imkanları vardır.
Bunlara metan və kükürdlü oksigen suları, mineral palçıq, mineral göllər, çimərliklər, dənizkənarı iqlim stansiyaları daxildir.
Hal-hazırda ərazidə onlarla komfortlu rahat otellər və sanatoriyalar istifadəyə verilib.
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder