Sea Breezе Bakıdan yarım saatlıq məsafədə, hava limanından isə 10 km aralıqda yerləşən elit kottec qəsəbəsidir.. Kompleksin hər nöqtəsindən Xəzər dənizinə heyranedici mənzərə açılır. Burada Siz komfortlu kotteclər, rahat taun-hauslar və premium apart-otel tapacaqsız
Apart-otel öz dizaynı ilə məhşur Mayami villalarını xatırladır. Təklif edilən apartamentlər möhtəşəm interyerə malikdir və komfortlu rahat istirahət üçün lazım olan hər şeylə təchiz olunub.
Qonaqlar 1,2 km uzunluğunda olan özəl çimərlikdə istirahətdən həzz ala bilərlər. Eyni zamanda oteldə basketbol və voleybol meydançaları, yaxta və katerlər üçün pirs, futbol meydançası, açıq və qapalı hovuzlar, idman zalı, fitnes zalı da qonaqların xidmətindədir. Burada müasir konfrans zalı, pulsuz Wi-fi və mühafizə olunan avtomobil dayanacağı da vardır.
Otelin qonaqları üçün məhşur Shore House restoranı fəaliyyət göstərir. Burada Siz milli Azərbaycan və Avropa mətbəxinin təamlarından həzz ala bilərsiz. Eyni zamanda burada Sizin üçün 136 nəfərlik açıq terras, iki VİP zal, hovuzun ətrafında 28 nəfərlik yer və bundan başqa 140 oturacaq yerinə sahib olan əsas zal fəaliyyət göstərir.
Tur qiymətinə daxildir:
- Transfer: hava limanı-otel-hava limanı;
- Oteldə yerləşmə;
- Səhər yeməyi;
- Vergilər