Qusar, Laza, Şahdağ turu

Qusar, Laza, Şahdağ turu

Bakı, Qusar, Şahdağ, Laza

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıq hissədə soyuq və rütubətlidir.
Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Qusar rayonunun qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən mövcud olması güman edilir. 
Rayon ərazisində bir sıra tarixi abidələr mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məscidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.
Qusarın mədəniyyəti çox zəngindir. Şəhərdə bir neçə musiqi musiqi kollektivi fəaliyyət göstərir ki, onlardan “Ləzginka” folklor ansamblı qeyd etmək olar. Ləzginka – bütün Qafqazda məşhur olan milli rəqs növüdür. Bu rəqs növü nağaranın müşayəti ilə ifa olunur.

Görməli yerlər:

Mixail Lermontovun ev-muzeyi- Monarxiya əleyhinə çıxışları və azadlıqsevərliyinə görə rus şairi Mixail Lermontov (1814-1841) Qafqaza sürgün edilmişdi. 1825-26 cı illərdə Qusarda Lermontov tanışı (bəzi məlumatlara görə, qohumu), hərbi həkim, polkovnik-leytenant Aleksandr Aleksandroviç Marşevin evində qalıb. Onun keçmiş Dvoryanski küçəsindəki birmərtəbəli evi hazırda ev-muzeyi olaraq fəaliyyət göstərir.

Qədim Əniğ- Əniğ kəndi rayon mərkəzindən 27 kilometr məsafədə, cənub-qərbdə, Qusarçayın sağ sahilində yerləşir. Şahdağın ətəklərində yerləşən bu strateji əhəmiyyətli kənddə ərəb işğalından qorumaq üçün qala inşa edilib. Dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən, Salavat aşırımının arxasından, Qusarçayın sağ sahilindən boylanan Əniğ qalası (həmçinin Ənih, Eniğ, Anıx) Qusar rayonunun eyniadlı kəndində yerləşir.  Qala qalıqlarının hündürlüyü 5,8-9,3 metrə çatır. Əniğ qalasının tikintisində qaya parçalarından və çay daşlarından inşa edilib. Gürcü dilində yazılmış "Xronoqrafi" kitabındakı (XIV) məlumatlara əsasən, IX əsrdən mövcud olan Əniğ qalasının 1288-ci ildə dağıdıldığını təxmin etmək olar.

Qusarın Tac Mahalı- kəndin mərkəzində yerləşən məscid Hindistandakı Tac Mahala bənzədiyinə görə belə adlanır. Məscid XIX əsrə aiddir.

Şeyx Cüneyd türbəsi - Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin şərəfinə ucaldılmış türbə Qusarın ən mühüm tarixi-memarlıq abidələrindən biri sayılır.  Artıq qeyd edildiyi kimi, Şeyx Cüneyd döyüşdə həlak olub və Həzrə kəndində dəfn edilib. Məzarı üzərində türbə daha sonralar tikilib. Abidənin fasadındakı kitabə də buna sübutdur. 

Laza kəndi

Laza kəndi Böyük Qafqaz sıra dağlarının, "Şah yaylaq" və Şahdağ zirvəsinin (4242 metr) ətəklərində yerləşir. Dəniz səviyyəsindən 1300 metr hündürlükdə, Böyük Qafqaz sıra dağlarının aşırımlarından keçən karvan yollarının üzərində yerləşən kəndin ətrafı çox mənzərəlidir. Kəndin ərazisində xeyli sayda şəlalə mövcuddur.
Ləzgicə kəndə Latsar deyilir. Dağların arasındakı dərədə yerləşən kənd iki hissədən ibarətdir. Kəndin ikinci hissəsi dağın o biri yamacında, Qəbələ rayonu ərazisində, Dəmirçayın sahilində yerləşir. Deyilənə görə, kəndin sakinləri məhz oradan köç edərək yeni məskən salıb və bu yeri Laza adlandırıblar. 
Kəndin əhalisi etnik ləzgilərdir. Kənd əhalisi yüksək dağ kəndlərinə xas həyat sürür.
Leqlərin tarixi Azərbaycan ərazisindəki ən qədim dövlətlərdən biri olan Qafqaz Albaniyası ilə bağlıdır.
Laza kəndində ən məşhur tarixi abidə kəndin mərkəzində yerləşən 300 yaşlı məsciddir. Laza Azərbaycanda turistlərin ən çox üz tutduqları kəndlərdən biridir.

 "Suvar" Dağ-Turizm Mərkəzi - bu mənzərəli yer Lazadan iki kilometr aralıda yerləşir.  Azərbaycanın ən yüksək dağ turizm mərkəzi qış aylarında da fəaliyyət göstərir. Şahdağın ətəyində, dəniz səviyyəsindən 1850 metr yüksəklikdə salınmış mərkəzin ərazisi hər tərəfdən dağlarla əhatə olunub.
Dağ yürüşlərinə çıxmaq, hündürlüyü 4000 metrdən çox olan zirvələri fəth etmək istəyənlər "Suvar" Dağ-Turizm Mərkəzindən yardım ala bilərlər. Onlar sizi 3000 metr yüksəklikdəki Şah yaylağa və Şahnabat yaylağına, yaxud 4243 metr hündürlüyə malik Şahdağ zirvəsinə, eləcə də Qızıl-Qaya massivindəki Heydər Əliyev zirvəsinə (3751 metr) çıxara bilərlər. 

Şahdağ Qış-Yay Turizm Kompleksi -burada qış idman növləri - xizək və snoubord sürmək, alpinizmlə məşğul olmaq üçün hər cür şərait var. Kompleksin ərazisində otel, restoran, xizək avadanlığı satışı və kirayəsi, habelə xizək məktəbi fəaliyyət göstərir.
Şahdağ Qış-Yay Turizm Kompleksi il boyu fəaliyyət göstərir.  Xizək mövsümü burada mart ayına qədər davam etsə də, yayda kompleks dağ istirahəti həvəskarları üçün qapılarını açır.

Turun müddəti: 1 gün 
Ekskursiya dövrü: gündəlik (apreldən-oktyabradək məsləhət görülür)
Tur : Bakı—Qusar— Şahdağ — Laza — Bakı
Görüş yeri: İçəri şəhər metro stansiyasının qarşısı
Turun tipi: fərdi (şəxsi) və ya qrup
Turun təşkil edildiyi dil — rus, ingilis, ərəb və ya fars


Tur qiymətinə daxil deyil

  • Qidalanma;
  • Şəxsi xərclər;
  • Sığorta

Qiymət

Tur

Qusar, Laza, Şahdağ turu

Gecə

-1

Gün

0

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

İÇƏRİ ŞƏHƏR-də piyada gəzinti

Sirrlərlə dolu “Qədim şəhər”-də piyada gəzinti  Qədim Bakının ...