"NOVRUZ" bayramı - turu
"NOVRUZ" bayramı - turu
Bakı
Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir.
"Novruz Bayram"- Azərbaycanda ən mühüm və sevimli bayramlardan biridir. Bu bayram yazın gəlişini simvolizə edən qədim xalq bayramdır.
20-21 martda gecə və gündüzün bərabərli günü qeyd olunur.
Bayramın mənşəyi qədim Zərdüştlük dini ilə bağlıdır. Xüsusilə rəngarəng və maraqlı keçirilən "Novruz" bayramı bahar, təbiətin yenilənməsi və isti başlanğıc ilə bağlı günlərdir.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.
Azərbaycanda Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. Bayrama qədər dörd çərşənbə su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi xüsusi təmtaraqla qeyd edilir.
Yaşı ən azı 3700 ən çoxu 5000 ilə bərabər olan bayram 2009-cu ildə YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Novruz özünəməxsus adət-ənənələrlə tanış olmaq və maraqlı tətil keçirmək üçün ideal vaxtdır!
3 gün 2 gecə
Qiymət
Tur
"NOVRUZ" bayramı - turu
Gecə
2
Gün
3
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder