PİTİ

Milli mətbəx PİTİ

Özünəməxsus bişirilmə üsulu ilə seçilən bu yemək növünə dünyanın heç bir ölkəsinin mətbəxində rast gəlmək mümkün deyil.  Azərbaycanın  Şəki bölgəsində çox məhşurdur. 
Piti hər payı ayrıca xüsusi gil qabda bişirilir. Buna piti qabı deyilir. Piti qabı saxsı yaxud paslanmayan polad qazançadan ibarət olur. Onun həcmi 0,8 l təşkil edir.
Piti hazırlamaq üçün hər payına lazım olanlar: qoyun əti, iri ölçülü noxud, quyruq, baş soğan,  quru alça, zəfəran, duz, istiotdur.
Piti, bir qayda olaraq öz bişirildiyi qabda süfrəyə verilir və yanına təmiz dərin boşqab yaxud kasa qoyulur. Süfrəyə həmçinin soyulmuş baş soğan və sumaq verilir.