AZƏRBAYCANIN GÖZƏLLİKLƏRİ 5/4
AZƏRBAYCANIN GÖZƏLLİKLƏRİ 5/4
Bakı, Qəbələ, Şəki
GÜNDƏLİK SƏFƏRLƏR
Gəlmə tarixi: Hər gün
EKSKURSİYALAR:
-Bakıda gecə gəzintisi (avtobusla+3 saatlıq piyada gəzinti)
-Bakının görməli yerlərinə səyahət ( avtobusla+9 saat piyada gəzinti), İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Azərbaycan Xalça müzeyi, Azərbaycan Ədəbiyyatı Muzeyi, Dagüstü Park, Milli Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi.
-Atəşgah və Yanardağ turu (avtobusla + 2.5 saat piyada)
-Qəbələ turu (avtobusla+9 saat piyada)
-Şəki turu (avtobusla+5 saat piyada)
QİYMƏTLƏRƏ DAXİLDİR
Xarici dilli assistentin müşaiyəti ilə komfortabelli avtomobildə hava limanı-otel-hava limanı transferi.
Seçilən otel kateqoriyasında Bakıda 2 gecə, Qəbələdə 1 gecə, Şəkidə 1 gecə gecələmək (səhər yeməyi daxil olmaqla).
HƏDİYYƏLƏR
-Hər otağa bir şüşə original Azərbaycan şərabı
-Hər adama gündə bir qab təmiz su
-Muzeylərə biletlər
Qiymətə daxil deyil:
-Təyyarə biletləri
-Tibbi sığorta
-Nahar
5 gün 4 gecə
Qiymət
Tur
AZƏRBAYCANIN GÖZƏLLİKLƏRİ 5/4
Gecə
4
Gün
5
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
1-й день
14:00
-Bakı Beynəlxalq Hava limanında qarşılama;
-Otelə transfer;
-Asudə vaxt.
20:00 - 23:00
-Bakı gecə ekskursiyası.
Şəhərin panoramasının seyr edilməsi və bulvarda gəzinti, eəcə də, şəhərin qədim hissəsini görmək və yeni tikililərə baxmaq imkanı.
Flame Towers (Alov Qüllələri) və şəhərin liman panoramı turu, Funikulyor və Şəhidlər Xiyabanından sonra bulvarda gəzinti
Oteldə gecələmə.
2-й день
08:00
Oteldə səhər yeməyi.
09:00
Bakının görməli yerlərinə ekskursiya.
Gəzinti şəhərin mərkəzindən - Milli Bayraq Meydanından başlayır.
Meydan 60 ha ərazini əhatə edir, onun yuxarı hissəsi 31 min kv.m təşkil edir. Flaq tokun hündürlüyü 162 metrdir. Konstruksiyanın ümumi çəkisi 220 tondur. Bayrağın eni 35, uzunluğu 70 metrdir. Bayrağın ümumi sahəsi 2450 kvadrat metrə bərabərdir. Bayrağın çəkisi təxminən 350 kiloqramdır. Ən hündür bayraq kimi Ginnesin Rekordlar Kitabına düşüb.
-Qarşıda Bakının panoramlı görünüşü, Dağüstü Parkdan isə şəhər limanına mənzərə.
Şəhərin qərbində yerləşən həmin təpədən bütün şəhər sanki əl içində görünür. Funikuliyorla aşağı düşüb Xəzər dənizinə daha yaxın gəlirsiniz. Sonra ekskursiya Qədim Şəhərdə, UNESCO- nun irsi elan olunan və Azərbaycanın nadir narixi hissəsi sayılan İçərişəhərdə davam edəcəkdir. Bu qədim ərazinin zəngin tarixinə yaxın olun, islam mədəniyyəti irsi abidələrindən və maddi mədəniyyət nümunələrinin zəngin kolleksiyası ilə tanışlıqdan zövq alın.
Şirvanşahlar Sarayı, Qız Qalası vəQədim Şəhərin qala divarları kimi qədim abidələrli seyr edin. Bu ərazidə qorunub saxlanılan qədim məscidləri, ticarət meydanlarını, hamam və karvansaraları kəşf edin.
-Sonra Azərbaycan Xalça müzeyinə baş çəkin. Bir incəsənət mərkəzi olaraq 1967-ci ildən fəaliyyət göstərir və dünyada ilk ixtisaslaşdırılmış xalça muzeyidir. Muzey Azərbaycan milli mədəniyyətinin xəzinəsidir. Muzeyin ilk sərgisi 1972-ci ildə, İçərişəhərdə, Cümə Məscidində təşkil olunmuşdur. Sərgidə Azərbaycan xalçaları və digər əl işləri nümayiş olunurdu. Kolleksiyaya 14 000 milli xalça, habelə şüşə, ağac və mahuddanhazırlanmş müasir sənət əşyaları ilə yanaşı, tikmə işləri, kostyumlar, mis məmulatlar, zərgərlik nümunələri daxildir.
-1939-cu ildən fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat muzeyinə gəlin. O, şəhərin mərkəzində, İçərişəhərə girişin önündə və Fəvvarələr Meydanının yaxınlığındadır. İndi həmin muzey Azərbaycan mədəniyyətinin ən böyük və zəngin xəzinələrindən biridir.
Bakı limanında katerdə önünüzdə açılan gözəl mənzərəni şəhərin dənizdən panoramlı gürüşünü seyr edin.
14:30 – 15:30
Asudə vaxt;
Milli restoranda nahar (istəyə görə).
15:30 - 16:30
Bakıda inşa olunmuş, dünya memarlığının mirvarisi, müasir incəsənət mərkəzi, Heydər Əliyev Mərkəzinə ekskursiya. Bu mıhtəşəm abidənin memarı dünya şöhrətli britaniyalı Zaha Hadiddir.
16:30
Atəşgah və Yanardağa ekskursiya
Atəşgah - Bakıdan 30 kilometr uzaqda Suraxanı qəsəbəsində yerləşir. Memarlıq kompleksi dişli xarici divarı və giriş portalı olan, altıguşəli tikilidən ibarətdir, həyətin ortasında dördbucaqlı baş məbəd – mehrab yüksəlir. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı (balaxana) inşa edilmişdir.
Kompleksin inşa edildiyi dövr XVII-XVIII- əsrlərə təsadüf edir. 1975 - ci ildən etibarən bura müzeydir və hər il 15 000 insan Atəşgaha baxmaq üşün buraya səyahətə gəlir.
-Azərbaycanın ən məşhur türistik məkanlarından biri də təkrarsız təbiət möcüzəsi - Yanardağdır. 10 metr enində və bir metr hündürlüükdə alov min illərdir ki, beləcə fasiləsiz yanmaqdadır. Yanardağ Bakının şimalında, 25 kilometrliyində, Məhəmmədli kəndindədir. Siz oraya ucuz qiymətə çətinlik çəkmədən avtobusla gedə bilərsiniz. 2007-ci ildən etibarən Yanardağ qoruq elan olunub, dövlət tərəfindən mühafizə edilir.
19:30
Otelə dönüş;
-Asudə vaxt.
3-й день
07:00
Oteldə səhər yeməyi.
Qəbələdə oteldə gecələmə.
4-й день
08:00
Oteldə səhər yeməyi.
08:40
-Şəkiyə səfər.
Qəbələdən Şəkiyə məsafə 80 kilometr təşkil edir (1 saatlıq yoldur). Şəki Azərbaycanın ən qədim şəhərlərindəndir. O, ölkənin memarlıq qoruğu sayılır. Şəki Xan sarayı (1762) milli və memarlıq ənənələrinin vəhdətinin nadir təcəssümü olmaqla dünyanın hər yerindən turistlərin diqqətini özünə cəlb edir.
Qeyd etmək lazımdır ki Şəki Xan Sarayının inşasında bir ədədə də olsun mismar işlənməyib. Şəbəkə üçün (milli mozaika) şüşələr isə Venesiyadan gətirilmişdir.
Şəkidə çoxlu sayda tarixi abidələr vardır. Şəhərin şimalında XV-XVI əsrlərə aid edilən Gələrsən-Görərsən qalasının qalası, karvansaraylarla tanışlıq. Onlardan iXVIII əsrdə inşa olunan Yuxarı və aşağı karvansaralar bu günə kimi qalmaqdadır.
Milli yeməklərdən şəki paxlavası, pitini dadmaq imkanı
-Şəkidə gecələmə.
5-й день
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder