|
Bakı şəhərindən 225 км. məsafədə yerləşir. Qəbələ Azərbaycanın zəngin və qədim tarixə malik gözəl guşələrindən biridir. Qədim tarixli şəhər yarım əsrdən çox Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin ətrafında aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ "şəhər yeri" aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Rayon ərazisində müxtəlif dövrlərə aid çoxlu tarixi və mədəni abidə vardır. Müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi bu abidələrdəndir. Gözəl təbiət və inkişaf etmiş infrastrukturu minlərlə turistləri Qəbələyə cəlb edir. Burada bir neçə 5 ulduzlu otel, ailə tipli kiçik otellər, istirahət zonaları və turizm bazaları fəaliyyət göstərir. Heyrətamiz təbiətə malik olan rayonun ərazsisi qoz və şabalıd meşələri ilə zəngindir. O cümlədən, şəhərin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir. Rayonun flora və faunası zəngin olan meşələri mövsüm zamanı ovçuları bura cəlb edir. Görkəmli yerlər: - Rus meşəsi, Nic kəndi, Çuxur-Qəbələ, Cümə məscidi, İmam məqbərəsi, Qəbələ qalası, Nohurgöl, Yeddi gözəl şəlaləsi, Diyarşünaslıq muzeyi, çay vadiləri, məşhur şabalıd meşəsi. Rayon ərazisində çoxlu sayda mənzərəli kəndlər var. 16 hektar ərazidə yerləşən və Azərbaycanın açıq səma altında ən iri attraksion parkı Gabaland də Qəbələdə yerləşir. Şəhərdə həmçinin hər ilin yay aylarında dünyanın müxtəlif ölkələrinin orkestr və ifaçıları iştirak edən klassik musiqi, caz və muğamın Beynəlxalq musiqi festivalı keçirilir. Mütləq dadın: daşarası kabab, qoz qutabı
|