NAXÇIVAN turu
NAXÇIVAN turu
Naxçıvan
Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Şəhər haqqında yazılı mənbələrdəki ilk məlumatı tarixçi İosif Flaviy (e. ə. I əsr) və yunan coğrafiyaçısı Klavdi Ptolemey özünün «Coğrafiya» əsərində vermişdir.
Naxçıvan MR Qafqazın cənub-şərq hissəsində yerləşir. Şimalda Dərələyəz, şərqdə Zəngəzur sıra dağları uzanır. Ərazinin Araz çayı boyunca uzanan, cənub və cənub-qərb hissəsi – 600-1000 m hündürlüyündə yerləşən, üçüncü və dördüncü dövr çöküntülərindən ibarət düzənlikdir.
Mineral su bulaqlarının rəngarəngliyinə baxımından Naxçıvan MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Muxtar respublikanın 5,5 min km 2 – lik sahəsində 250–dən artıq mineral su mənbəyi qeydə alınmışdır.
Naxçıvan Azərbaycanın əsas memarlıq mərkəzlərindən biridir. E.ə. III minilliyin sonu – II minilliyin əvvəllərinə aid yaşayış məskənlərindən (I və II Kültəpə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançı, Vayxır, Çalxanqala və s.) bunu göstərməkdədir.
XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olaraq əzəmətli bir şəhər, Azərbaycanın iqtisadi, siyasi və mədəniyyət mərkıəzlərindən biri olmuşdur və memarlıq sənəti yüksək səviyyəsinə çatmışdı.
Azərbaycanda orta əsr monumental memorial memarlığının ən geniş yayılmış növü olan qülləvari türbələrin ən mükəmməl nümunələri Yusif Küseyir oğlu türbəsi və Mömünə Xatun türbəsi XII əsrdə naxçıvanlı memarlar Əcəmi Əbubəkr oğlu və Əhəmd Əyyub oğlunun tərəfindən yaradılmışdır. Təkcə Azərbaycan memarlığında deyil, ümumilikdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Mömünə Xatun türbəsinin belə uzunömürlülüyü, onun mühəndis həllinin bitkinliyi ilə izah olunur. Memar Əcəminin fəaliyyəti ilə Azərbaycan memarlığı tarixində Naxçıvan – Marağa memarlıq məktəbi kimi tanınan üslub yaranmış və formalaşmışdır. Bu məktəbin təsiri ilə Yaxın Şərq ölklərində bir sıra memarlıq kompozisiyaları yaradılmışdır.
Naxçıvan memarlığı yalnız daş memarlıq abidələri ilə deyil, əsas inşaat materialı qırmızı bişmiş və bənövşəyi kaşılı kərpiclər olan abidələrlə də məşhurdur. Bunlara Naxçıvan İmamzadə kompleksi, Qarabağlar türbəsi və s. aiddir.
İmamzadə Memarlıq Kompleksi (XVI-XVII əsrlər), İsmayıl xan hamamı (XVIII-XIX əsrlər), Naxçıvan xan sarayı (XIX əsr), Ordubad Cümə məscidi və Ordubad mədrəsəsi, zorxana, hamam və karvanasaralar məşhur memarlıq abidələri sırasına daxildir.
Tur qiymətinə daxildir:
- Oteldə gecələmə
- Qidalanma (səhər və axşam yeməyi)
- Ekskursiyalar
- Transfer
- Bələdçi xidməti
Tur qiymətinə daxil deyil:
- Aviabilet
- Viza
- Sıgorta
- Muzeylərə giriş biletləri və muzey bələdçiləri
2 gün 1 gecə
Qiymət
Tur
NAXÇIVAN turu
Gecə
1
Gün
2
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
1-ci gün
08:20 -Bakıdan Naxçıvana transfer;
10:30 - Şəhərin mərkəzində otelində yerləşmə;
-Şəhərin tarixi abidələrinə ekskursiya:
-“Xan sarayı” (ХVIII əsr) ;
-Qala kompleksi;
-Nuh Peyğəmbərin türbəsi (e.ə) ;
-"Möminə Xatun türbəsi” (XII əsr) ;
-Əhməd Cavad məqbərəsi;
-Duzdağ mağarası
18:00 Otelə geri dönüş
18:30 Oteldə şam yeməyi
2-ci gün
09:00 Oteldə səhər yeməyi
10:30 "Əshabi-Kəhf"ə ekskursiya;
-Ordubad şəhərinə ekskursiya
18:00 Hava limanına transfer;
21:00 Naxçıvandan Bakıya transfer
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder