İPƏK YOLU turu

İPƏK YOLU turu

Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki

Böyük ipək yolu - qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu olmuşdur. Tarixi ticarət marşrutları Çin, Hindistan, İran, Özbəkistan,  Azərbaycan və digər ölkələrdən keçirdi.
Müasir İpək yolu turu Azərbaycanın ticarət və mədəniyyət mərkəzi olmuş şəhərlərimizi əhatə edir.  Tura Bakı, Şamaxı, İsmayıllı,  Qəbələ, Şəki şəhərləri daxildir.  6 günü əhatə edən tur çərçivəsində səfər edilən şəhərlərin tarixi memarlığı ilə tanış olmaqla yanaşı təamları dadmaq imkanı əldə edəcəksiniz.  

Tur qiymətinə daxildir:

- Hava limanından/hava limanına transfer
- Oteldə yerləşdirmə
- Daxili nəqliyyat

 Tur qiymətinə daxil deyil:

- Aviabilet
- Viza
- Sığorta
-Restoranlarda qidalanma
- Muzeylərə giriş biletləri və muzey bələdçiləri

6 gün 5 gecə

Qiymət

Tur

İPƏK YOLU turu

Gecə

5

Gün

6

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

1-ci gün

- Heydər Əliyev adına Beynəlxalq hava limanından qarşılama;
- Oteldə yerləşdirmə

2-ci gün

- Oteldə səhər yeməyi;
- Bakı şəhərinin ən maraqlı tarixi və memarlıq abidələrinə səyahət: İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu, Qız qalası, Şirvanşahlar saray kompleksi;
- Nahar fasiləsi;
- “Yanardağ”a, qədim atəşpərəstlik məbədi “Atəşgah”a ekskursiya

3-cü gün

- Otedə səhər yeməyi;
- Mərəzə kəndində Diri Baba məqbərəsinə ekskursiya;
- Nahar fasiləsi;
- Qəbələyə yolu. Orta əsrlərdə Şirvanın ən böyük toxuculuq mərkəzlərindən olmuş Basqal kəndinə səfər;
- Vəndam kəndi;
- Çuxur Qəbələ kəndində qədim Qafqaz Albaniyasından qalan paytaxt xarabalıqlarına ekskursiya

4-cü gün

- Oteldə səhər yeməyi;
- Şəki şəhərinə ekskursiya;
- Şəki Xan sarayına, orta əsrlərə aid qalaya, Karvansaraya, yerli tarix muzeyinə, əl işləri emalatxanasına, şəhərin ən hündür panoramalı nöqtəsinə, məscid-mədrəsəyə, yerli bazara səfər;
-Nahar;
-Marxala, Kiş kəndinə e.ə I əsrə aid Alban məbədinə ekskursiya

5-ci gün

- Oteldə səhər yeməyi;
- Qəbələ şəhəri ilə tanışlıq;
- Bakıya dönüş; 
-Nahar;
- Şamaxıda tarixi “Cümə” Məscidinə, Yeddi Gümbəz məqbərəsi – Şirvanşahların məzarına ziyarət

6-cı gün

- Oteldə səhər yeməyi;
- Qobustan Milli Qoruğuna ekskursiya;
- Nahar; 
- Hava limanına transfer

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...