BAKI şəhər turu

BAKI şəhər turu

Bakı

       Bakı şəhər turu vasitəsilə Siz şərqlə qərb mədəniyyətini özündə sintez edən, qədim və modern Bakı ilə tanış olacaqsınız.  Bakı şəhər turu şəhərin gəzməli və görülməli bütün yerlərini əhatə edir. Bizim tura qoşulmaqla Siz XII əsr Qız qalası, XIX-XX əsrin əvvəllərində yerli və xarici neft maqnatları (Rotşild, Nobel qardaşları və s.) tərəfindən tikdirilmiş malikənalər, eləcə də modern üslub tikililərlə tanış olacaqsınız. Əgər Siz ilk dəfə şəhərimizi ziyarət edirsinizsə, bu tur məhz sizin üçündür. Siz şəhərin “açıq səma altında muzey” adlandırılan, erkən orta əsrlər mədəniyyətinin nümunəsi İçərişəhər adlanan qədim hissəsini eləcə də, dənizkənarı bulvarı, qədim ticarət küçəsini, şəhərin modern hissələrini, dağüstü parkı və şəhərin ən hündür nöqtəsindən panoramik mənzərəsini izləyəcəksiniz. 
      Bakıda tarixin necə başladığının və dəyişdiyinin əyani şəkildə şahidi olacaqsınız.
      Bələdçiniz Sizi ən görməli yerlərlə və abidələrlə tanış edərək məlumatlandıracaq.

                                                                             
Turun təşkil edildiyi dil: ingilis,  rus, azərbaycan
Turun müddət: 5 saat
İçəri şəhərdə nahar fasiləsi

Tur saat 11:00 da İçərişəhər metrosunun qarşısından başlayır.

Tur əhatə edir:

–  İçərişəhər;
– Qədim qala qapılar;
– İçəri şəhərin iki qapısı - I Salyan və Şamaxı qapıları;
– İçəri şəhərin daxili küçələri;
– Əfsanəvi Qız Qalası;
– Şirvanşahlar saray kompleksi; 
– Tarixi abidələr: məscidlər, hamamlar;
– Əntiq və suvenir mağazaları;
–  Miniatür Kitab Muzeyi;
–  Xalça Muzeyi; 
–  Muğam Mərkəzi;
–  Bakı bulvarı;
– Bakı funikulyoru;
– Şəhidlər Xiyabanı;
– Alov Qüllələri; 
– Dağüstü Park;
–  Nizami küçəsi (Tarqovaya);
– Bakının yeni siması

Tur qiymətinə daxil deyil:

-Muzeylərə giriş biletləri və muzey bələdçiləri;
- Restoran xərcləri

 

Qiymət

Tur

BAKI şəhər turu

Gecə

-1

Gün

0

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...