Bakı - Qəbələ - Tufandağ Xizək Turu

Bakı - Qəbələ - Tufandağ Xizək Turu

Bakı, Qəbələ, Tufandağ

      Tufandağ Azərbaycanın şimal ərazisində yerləşir. Ərazi Qafqazın ən gözəl guşələri sırasında qeyd edilir. Burada təmiz təravətli dağ havasından, öz əzəmətinə  və müxtəlifliyinə görə təkrarolunmaz təbiətdən və  parlaq bənzərsiz mədəniyyətdən zövq almaq mümkündür. Böyük Qafqaz silsiləsinə daxil olan dağın hündürlüyü 4191 metr təşkil edir. Yerli əhalinin deyiminə görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır.
    Böyük Qafqaz dağ silsiləsinin zirvələrindən biri  sayılan  Tufandağ il boyu idmanla məşğul olmaq və istirahət etmək üçün çox əlverişli iqlimə malik olan ərazidə yerləşir.
    Bu müqayisə olunmaz məkanda aktiv qış turizmi istirahəti üçün lazım olan hər cür şərait  mövcuddur.
    Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan turizm obyektləri Qəbələ şəhərindən təxminən 4 km aralıda yerləşir.
    Burada turistlər ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, otel  və digər xidmətlərdən faydalana bilərlər.
    Tufandağ  ərazisində həm xizəkçiliyə yeni başlayanlar, həm də peşəkarlar üçün xizək yolları mövcuddur. Hər bir xizək yolu süni qar generatorlarının köməyi ilə hazırlanır və bu da xizəkçilik mövsümünü daha da uzun tutmağa, xizək yollarının isə keyfiyyətini artırmağa imkan yaradır.


Tur qiymətinə daxildir:

- Hava limanından/havalimanına transfer;
- Oteldə yerləşdirmə;
                  - Daxili nəqliyyat         
                

Tur qiymətinə daxil deyil:

- Aviabilet

- Viza
- Sığorta
-Restoranlarda qidalanma
- Muzeylərə giriş biletləri və muzey bələdçiləri

5 gün 4 gecə

Qiymət

Tur

Bakı - Qəbələ - Tufandağ Xizək Turu

Gecə

4

Gün

5

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

- Heydər Əliyev adına beynəlxalq hava limanından qarşılama;
-  Oteldə yerləşdirmə;
-  İçəri Şəhərdə piyada ekskursiya: Qız Qalası (XII əsr), Cümə məscidi (XII əsr), Karavansaraylar (XIV-XV əsrlər)
- Asudə vaxtı

-Oteldə səhər yeməyi;
-Qəbələyə çıxış;
-Tufandağa transfer və oteldə yerləşmə;
-Qəbələ şəhəri ilə tanışıq;
-Asudə vaxtı

- Oteldə səhər yeməyi;
- Tufandağda istirahət;
- Otelə qayıdış;
- Asudə vaxt

- Oteldə səhər yeməyi;
- Bakıya geri dönüş;
- Asudə vaxt;
- Bakıda gecə ekskuriyası

- Oteldə səhər yeməyi;
- Heydər Əliyev adına beynəlxalq hava limanına trasfer

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...