DUZDAĞ fizioterapiya mərkəzinda istirahət
DUZDAĞ fizioterapiya mərkəzinda istirahət
Naxçıvan
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində unikal duz mağaraları, karst şaxaları yerləşir. Burada tənəffüs orqanları xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir. Duzdağ mağaraları 1173 metr hündürlükdə və komfortlu rahat oteldən cəmi iki kilometr məsafədə yerləşir.
Fizioterapiya mərkəzi yeraltı və yerüstü hissələrdən ibarətdir. Yerüstü hissə Duzdağın bilavasitə özündə, “Duzdağ” otelinin ərasizisində yeraltı hissə isə dağda 300 metrədən artıq dərinlikdə yerləşir. Kompleksin oteldə yerləşən yerüstü hissəsi kitabxana, kafe və rahat otaqlar ilə təchiz olunub. Otelin nəzdində fəaliyyət göstərən sanatoriya Sizə müxtəlif terapevtik və kosmetik prosedurlar təklif edir. Oteldə təbii havalandırma fəaliyyət göstərir.
Xəstəxanada yeraltı şöbənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbiidir, yəni havanın axın sürəti 0-0,1m/san yaxındır. Şaxtada təbii yüksək disperli Na+CI+ ionları sabitdir. Mikrob cisimləri şaxtada çox azdır. Xəstəxananın yerləşdiyi sahə ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Buna görə şaxtada zəhərli qazlar (metan qazı) ümumiyyətlə yoxdur.
Oteldə həmçinin qapalı və açıq hovuzlar və tennis kortları da fəaliyyət göstərir. Bundan başqa, kompleksdə idman və fitnes zalı da mövcuddur.
Müalicənin müddətinə uyğun olaraq turun vaxtı artırılıb azaldıla bilər. Məkrəzdə böyüklər üçün tam spleoterapiya kursu 16-20 seans, uşaqlar üçün isə 10-15 seans təşkil edir. Lazımi seans sayı bilavasitə xəstənin vəziyyətindən ve onun fərdi xüsusiyyətlərindən asılıdır. Mədəndə spleoterapiyadan başqa, bizim tibbi kompleks lazım gələrsə tibbi preparatlar, fizioterapiya proseduraları, masaj seansları və müalicə idmanı vasitəsilə də xəstələrin müalicəsini həyata keçirir.
Tur qiymətinə daxildir:
- Oteldə gecələmə
- Qidalanma (səhər və axşam yeməyi)
- Ekskursiyalar (istəyə görə)
- Transfer
- Bələdçi xidməti
Tur qiymətinə daxil deyil:
- Aviabilet
- Viza
- Sıgorta
- Muzeylərə giriş biletləri və muzey bələdçiləri
Şəhərin tarixi abidələrinə ekskursiya (əlavə qiymətə): “Xan sarayı” (ХVIII əsr) , Qala kompleksi, Nuh Peyğəmbərin türbəsi (e.ə), "Möminə Xatun türbəsi” (XII əsr), Əhməd Cavad məqbərəsi və s. əhatə edir.
Qiymət
Tur
DUZDAĞ fizioterapiya mərkəzinda istirahət
Gecə
-1
Gün
0
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder