Əhatəli BAKI turu
Əhatəli BAKI turu
Bakı
Əhatəli Bakı turu şəhərin gəzməli və görülməli bütün yerlərini, eləcə də Bakı ətrafında yerləşən minillik tarixə malik nadir təbiət hadisələri və abidələri ilə tanışlığı əhatə edir. Əhatəli Bakı turuna qoşulmaqla Siz şərqlə qərb mədəniyyətini özündə sintez edən, qədim və modern Bakı ilə -XII əsr Qız qalası, XIX-XX əsrin əvvəllərində yerli və xarici neft maqnatları (Rotşild, Nobel qardaşları və s.) tərəfindən tikdirilmiş malikənalər, eləcə də müasir Bakının simasına çevrilmiş modern üslub tikililərlə tanış olacaqsınız. Əgər Siz ilk dəfə şəhərimizi ziyarət edirsinizsə, bu tur məhz sizin üçündür. Siz şəhərin “açıq səma altında muzey” adlandırılan, erkən orta əsrlər mədəniyyətinin nümunəsi İçərişəhər adlanan qədim hissəsini eləcə də, dənizkənarı bulvarı, qədim ticarət küçəsini, şəhərin modern hissələrini, dağüstü parkı və şəhərin ən hündür nöqtəsindən panoramik mənzərəsini izləyəcəksiniz.
Bakıda tarixin necə başladığının və dəyişdiyinin əyani şəkildə şahidi olacaq, şəhərimizdən inanılmaz təəssüratlarla ayrılacaqsınız.
Tur qiymətinə daxildir:
- Transfer
- Oteldə yerləşmə
- Oteldə qidalanma (səhər yeməkləri)
- Bələdçi
- Ekskursiyalar
Tur qiymətinə daxil deyil:
- Aviabilet
- Viza
- Sıgorta
- Muzeylərə giriş biletləri və muzey bələdçiləri
6 gün 5 gecə
Qiymət
Tur
Əhatəli BAKI turu
Gecə
5
Gün
6
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
- Heydər Əliyev adına Beynəlxalq Hava limanından qarşılama;
- Oteldə yerləşdirilmə
08:00 – 11:00 Oteldə səhər yeməyi
11:00 – 13:00 İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğuna ekskursiya.
Açıq səma altında muzey adlandırılan İçərişəhər – şəhər içərisində unikal şəhərdir. Bu kiçik ərazidə yüzlərlə tarixi abidə vardır ki, bunlardan da 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir.
Piyada ekskursiyaya daxildir: Qız Qalası (XII əsr), Cümə məscidi (XII əsr), Karansaraylar (XIV-XV əsrlər), Miniatür Kitab Muzeyi, İçəri şəhərin daxili küçələri, tarixi abidələr, məscidlər, hamamlar, əntiq və suvenir mağazaları
13:00 – 14:00 "Şirvansahlar sarayı” muzey kompleksinə ekskursiya (XV əsr).
Kompleksə daxildir: Şah məscidi, Şirvanşahlar türbəsi, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, qədim məscid, saray hamamı və ovdan
14:00 – 15:00 Asudə vaxt (İçəri şəhər restoranlarında nahar istək üzrə)
16: 00 – Dənizkənarı Bulvarda gəzinti.
Bundan əlavə Filarmoniya, “Kicik Venesiya”, Muğam Muzeyi və Xalçaçılıq Muzeyi kimi mərkəzlərlə tanışlıq.
18:00 – Otelə dönüş
08:00 – 11:00 Oteldə qidalanma (səhər yeməyi)
11:30 – 13:00 Azərbaycan Tarix muzeyinə ekskursiya
13:00 – 14:00 Asudə vaxt (nahar istək üzrə)
14:30 – 15:00 Nizami (Tarqovaya) küçəsində gəzinti
15:30 –17:00 Bakı funikulyoru, Şəhidlər xiyabanı, Alov Qüllələri, Dağüstü Park
18:00 – Bakı şəhəri üzrə gecə turu
08:00 – 11:00 Oteldə qidalanma (səhər yeməyi)
11:00 – Bakı ətrafına ekskursiya: Yanardağ, Atəşgah, Qala Arxeolojı – Etnoqrafik Muzey kompleksi
Yanar dağ təpənin ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsidir.
12:50 –13:00 Qədim atəşpərəstlik məbədi “Atəşgah”a (od məbədi) ekskursiya (XVII əsr)
14:00 – 15:00 Asudə vaxt
15:30 – 17:00 Qala Arxeolojı – Etnoqrafik Muzey kompleksinə ekskursiya
17:15 – 17:45 Qədim Mərdəkan müdafiə qalasına ekskursiya (XII əsr)
18:00 – 18:30 Qədim Ramana müdafiə qalasına ekskursiya (XIV əsr)
18:30 – Otelə dönüş
08:00 – 11:00 Oteldə səhər yeməyi;
11:00 – Oteldən cıxış;
11:30 – Qobustan Dövlət Tarix və Bədii Qoruğuna ekskuriya;
13:00 – 14:00 – Asudə vaxt (nahar fasiləsi)
14:40 – Bakı şəhərinə dönüş/ Asudə vaxt
18:00 - Gecə turu
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder