QALAALTI sanatoriyası
QALAALTI sanatoriyası
Şabran
Qalaaltı - Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. O, dəniz səviyyəsindən 1000 metr hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Bura kristal şəffaflığında olan havası ilə, xüsusi təbii gözəlliyə malik, Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda olan bir yerdir. Ərazidə dağ havası dəniz havası ilə birləşməklə insanların özünü rahat hiss etdiyi aşağı rütubətli iqlim yaradır.
Qalaatlı natfusiya mineral suyu ilə məşhurdur. Naftusiya mineral suyunun müalicəvi xüsusiyyətləri, onun müalicəvi effekti haqqında elmi ədəbiyyatda 1578-ci illərdə rast gəlinir. O, neft mənşəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur.
Ərazidə müasir standartlara cavab verən unikal kompleks fəaliyyət göstərir.
Qalaaltı Hotel & Spa - Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, təkrar olunmaz memari stilə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir.
Qalaaltı Tibbi-istirahət kompleksinin ərazisində, unikal avadanlığı ilə təchiz edilmiş, müasir "ÇIRAQ" tibb mərkəzi fəaliyyət göstərir. Kompleksdə təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir.
Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 152 superior, 15 suit otaq və 3 villa üçün nəzərdə tutulmuş, Azərbaycanda müasirlik və rahatlığı ilə digər otel və istirahət mərkəzləri arasında önə çıxır. Otaqlar
LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon ilə təchiz olunmuşdur. Unikal kompleksdə mükəmməl və rahat istirahət üçün bütün şərait təmin edilmişdir.
Qalaaltı diaqnostik müalicəvi-reabilitasion kurort kompleksinin qüruru “Çiraq” tibb mərkəzidir. Burada müasir kurortologiya və fizioterapiya texnologiyaları beynəlxalq tibbin nailiyyətləri ilə effektiv vəhdət təşkil edir. Mərkəzdə tibbi müayinə olunub gərəkən müalicəni ala bilərsiniz.
"Çıraq" Diaqnostika Mərkəzi dünya diaqnostikasının son nailiyyətlərini özündə təcəssüm etdirir. Müasir avadanlıq sayəsində mərkəzdə 350-dən artıq çeşiddə diaqnostik müayinələrin aparılması mümkündür.
Mərkəzdə xidmətlər xəstəliyə uyğun olaraq həkimlər tərəfindən təyin edilir.
Qiymət
Tur
QALAALTI sanatoriyası
Gecə
-1
Gün
0
Booking time: 08 - 20 hrs
+99412 496 76 71
E-Poçt dəstəyi
office@elvintravel.az
Fəaliyyət
Dəstək mərkəzi
Xidmətlərimiz
© Elvin travel, 2017 - Bütün hüquqlar qorunur Site By WebCoder