AZƏRBAYCANIN GÖZƏLLİKLƏRİ 7/6

AZƏRBAYCANIN GÖZƏLLİKLƏRİ 7/6

Bakı, Qəbələ, Şəki

Gündəlik səfər

Təyinat şəhəri: Bakı – 2 gecə, Qəbələ-1 gecə, Şəki – 1 gecə, Bakı- 2 gecə
Ekskursiyalar:  Bakının görməli yerləri, Milli Park, Qala kompleksi, Atəşgah və Yanardağ, Qəbələ, Şəki.

EKSKURSİYALAR:

-Bakının görməli yerlərinə səyahət: İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası,  Azərbaycan Xalça muzeyi,  Azərbaycan Ədəbiyyatı Milli müzeyi, Dagüstü Park, Milli Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi ( avtobusla+9 saat piyada gəzinti).
-Qala turu, Atəşgah və Yanardağ (avtobusla + 7 saat piyada)
-Qəbələ turu (avtobusla+9 saat piyada)
-Şəki turu (avtobusla+5 saat piyada)

 
QİYMƏTLƏRƏ DAXİLDİR

-İngilis dilli assistentin müçaiyəti ilə komfortabelli avtomobildə hava limanı-otel-hava limanı transferi.
-Seçilən otel kateqoriyasında Bakıda 2 gecə, Qəbələdə 1 gecə, Şəkidə 1 gecə, Bakıda 2 gecə gecələmək (səhər yeməyi daxil olmaqla).
-Hər otağa bir şüşə original Azərbaycan şərabı
-Hər adama gündə bir qab təmiz su
-Muzeylərə biletlər
-Qayığa bilet 

Qiymətə daxil deyil:

-Təyyarə biletləri
-Tibbi sığorta
-Nahar

 

ƏLAVƏ EKSKURSIYALAR

20:00-dan 23:00-a kimi Bakıda gecə gəzintisi (avtobusla +piyada gəzintisi)

 

7 gün 6 gecə

Qiymət

Tur

AZƏRBAYCANIN GÖZƏLLİKLƏRİ 7/6

Gecə

6

Gün

7

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

14:00
-Bakıya gəliş;
-Hava limanında qarşılama;
-Otelə transfer;
-Asudə vaxt.

20:00 - 23:00
Əlavə ödənişlə Bakı turu.
-Şəhərdə gecə gəzintisi. Şəhərin panoramının seyri və bulvarda gəzinti.
İstər şəhərin qədim hissəsini görmək və istərsə də yeni tikililərə baxmaq imkanı. Flame Towers (Alov qüllələri) və şəhərin liman panoramı Sizin turu unudalmaz edəcəkdir. Funikulyor və Şəhidlər Xiyabanından sonar Siz bulvarda gəzinti zamanı təmiz dəniz havasından zövq alacaq və Qız Qalasını seyr edəcəksiniz. Üçgünlük tur Bakıya ilk dəfə gələn qonaqlar - gecə gəzintisi həvəskarları üçün misilsiz təcrübə olacaqdır.

Oteldə gecələmə.

09:00
Oteldə səhər yeməyi.

10:00
Bakının görməli yerlərinə ekskursiya.
Bakı gəzintisi şəhərin mərkəzindən -  Bayraq Meydanından başlayır. Meydan 60 ha ərazini əhatə edir, onun yuxarı hissəsi 31 min kvadrat metr təşkil edir. Flaqştokun hündürlüyü 162 metrdir. Konstruksiyanın ümumi çəkisi 220 tondur. Bayrağın eni 35, uzunluğu 70 metrdir. Bayrağın ümumi sahəsi 2450 kvadrat metrə bərabərdir. Bayrağın çəkisi təxminən 350 kiloqramdır. Ən yüksək bayraq kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Qarşıda Bakının panıramlı görünüşü və Dağüstü Parkdan şəhər limanı açılır. O, təpədə, şəhərin qərbində yerləşib, oradan bütün şəhər əl içindəki kimi görünür. Funikuliyorla aşağı düşüb Xəzər dənizinə yaxın gəlirsiniz, sonra ekskursiya Qədim Şəhərdə, UNESCO- nun irsi və Azərbaycanın nadir tarixi hissəsi olan İçərişəhərdə davam edəcəkdir. Bu qədim ərazinin zəngin tarixinə yaxın olun, islam mədəni irsini öyrənin və abidələrin zəngin kolleksiyası ilə tanışlıqdan zövq alın.
Şirvanşahlar Sarayı, Qız Qalası və Qədim Şəhərin qala divarları kimi tarixi abidələrli seyr edin. Bu ərazidə qorunub saxlanılan qədim məscidləri, ticarət meydanlarını, hamam və karvansaraları kəşf edin.

13:00 - 14:00
Asudə vaxt;
Əlavə ödənişlə milli restoranda nahar.

14:00 - 19:00
Azərbaycan Xalça müzeyi.
Bu sənət mərkəzi 1967-ci ildən fəaliyyət göstərir və dünyada ilk ixtisaslaşdırılmış xalça muzeyidir .Onun ilk sərgisi 1972-ci ildə, İşərişəhərdə, Cümə Məscidində təşkil olunmuşdur. Muzey Azərbaycan milli mədəniyyətinin xəzinəsidir. Sərgidə Azərbaycan xalçaları və digər əl işləri nümayiş olunurdu. Kolleksiyaya 14 000 milli xalça, habelə şüşə, ağac və mahuddan müasir sənət əşyaları ilə yanaşı, tikmə, kostyum, mis məmulatlar, zərgərlik nümunələri daxildir.

 1939-cu ildən fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan milli ədəbiyyat muzeyi.
O, şəhərin mərkəzində, İçərişəhərə girişin və Fəvvarələr Meydanının yaxınlığındadır. İndi həmin muzey  Azərbaycan mədəniyyətinin ən böyük və zəngin xəzinələrindən biridir.
Bakı limanında katerdə önünüzdə açılan gözəl mənzərəni - şəhərin dənizdən panoramlı görüntüsünü seyr edin.
Bakıda inşa olunmuş, dünya memarlığının mirvarisi, müasir incəsənət mərkəzi, Heydər Əliyev Mərkəzinə ekskursiya. Onun memarı dünya şöhrətli britaniyalı Zaha Hadiddir.

19:30
Otelə dönüş;
Asudə vaxt.

 

07:00
-Oteldə səhər yeməyi;
-Qəbələyə səfər.
Bakıdan 210 kilometr aralıdadır (3 -3,5 saatlıq yoldur). Qəbələ Azərbaycanın ən gözəl güşələrindən biridir. Zəngin və qədim tarixə malikdir. Qədimdə 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur.Qafqaz Albaniyasın baş qapılarının və qədim şəhərin viranələri indiyə kimi  qalmışdır. Çuxur kəndində davam edən qazıntılar sübut edir ki, Qəbələ eramızdan əvvəl dördüncü-üçüncü əsrdən başlamış bizim eranın on səkkizinci əsrinə kimi inkişaf etmiş ticarət əlaqələrinə və sənətkarlığa malik əsas şəhərlərdən olmuşdur.

13:00 - 14:00
-Asudə vaxt; 
-Əlavə ödənişlə restoranda nahar etmək imkanı;
Nahardan sonra Nizamini Yeddi Gözəlinin şərəfinə adlandırılan şəlaləni seyr etmək olar. Şəlalə 7 pilləlidir, bütün ölkədə məşhurdur.
Sonra bu gözəl güşənin daha bir mirvarisinə-Nohur gölünə gəzinti davam edəcəkdir. Nohur gölü meşələri, zəngin balıqları vəfiruzəyi mənzərəsi ilə tanınır. Gölün ətrafında gəzə və ya katamaranda Düymədə seyrə çıxa bilərsiniz.
-Qəbələnd səfəri. Bu park sahəsinə görə Avropada dördüncü yerdədir. 

-Qəbələdə oteldə gecələmə.

 

08:00
Oteldə səhər yeməyi.
08:40
Şəkiyə səfər.
Qəbələdən Şəkiyə 155 kilometrdir (2-2,5 saatlıq yoldur). Şəki Azərbaycanın ən qədim şəhərlərindəndir. O, ölkənin memarlıq qoruğu sayılır. Şəki Xan sarayı (1762) milli və memarlıq ənənələrinin vəhdətinin nadir nümunəsi olmaqla dünyanın hər yerindən turistlərin diqqətini özünə cəlb etməkdədir. Qeyd etmək lazımdır ki, Şəki Xan Sarayının inşasında bir ədədə də olsun mismar işlənməyib. Şəbəkə üçün (milli mozaika) şüşələr isə Venesiyadan gətirilmişdir.

Şəkidə çoxlu sayda tarixi abidələr vardır. Şəhərin şimalında XV əsrlərə aid edlən Gələrsən-Görərsən qalasının viranələri, XVIII-i əsrdə inşa olunan Yuxarı və Aşağı karvansaralar bu günə kimi qalmaqdadır.
Şəki öz paxlavası, piti milli xörəyi və sakinlərin yumor hissi ilə məşhurdur.

-Şəkidə gecələmə.

09:00
-Oteldə səhər yeməyi;
-Bakıya səfər (250 kilometrlik, 4-4.5 saatlıq yoldur).
-Asudə vaxt.

08:00 - 10:00
Oteldə səhər yeməyi

13:30
Atəşgah və Yanardağa səfər, Qala turu
Qala Arxeologiya və Etnoqrafiya Müzey Kompleksinə gəzinti.
Abşeronun ən qədim yaşayış məskənlərindən biri də Qala kəndidir.Kənddə və ona bitişik ərazilərdə 215 memarlıq və arxeoloji abidə vardır. Bu ərazinin tarixi eramızın III əsrinə gedib çıxır. Kompleks dövlət tərəfindən qorunur. Qalada 5 məscid, 3 hamam, 4 ovdan, evlər, kənd təsərrüfatı tikililəri, məzarlar, qəsr qalıqları və sairə vardır ki, bunlar da eramızın 3-cü – 20-ci əsrlərini əhatə edir.
2008-ci ildə Tarixi və Etnoqrafik Qoruğun ərazisində ilk Açıq Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi yaradılmışdır. Abşeron ərazisindən tapılan arxeoloji və memarlıq abidələrinin nümunələri burada toplanmşdır və qorunur. 1.2 hektarlıq sahədə Azərbaycan tarixinin inciləri bu muzey kompleksində tanışlıq üçün insanlara təqdim olunur.

17:30-19:00
Atəşgaha və Yanardağa səfər.
Atəşgah Bakıdan 30 kilometr uzaqda Suraxanı qəsəbəsində yerləşir. Memarlıq kompleksi dişli xarici divarı və giriş portalı olan, altıguşəli tikilidən ibarətdir, həyətin ortasında dördbucaqlı baş məbəd – mehrab yüksəlir. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı (balaxana) inşa edilmişdir. Kompleksin inşa edildiyi dövr XVII-XVIII əsrlərə təsadüf edir. 1975 – ci ildən etibarən bura müzeydir və hər il 15 000 insan buraya səyahətə gəlir.

Azərbaycanın ən məşhur turist gəzintisi yerlərindən biri də min  illərdin beləcə fasiləsiz yanmaqda olan
əbədi Məşəl - Yanardağdır.
Yanardağ Bakının şimalında, 25 kilometrliyində, Məhəmmədli kəndindədir. Siz oraya ucuz qiymətə şətinlik çəkmədən avtobusla da gedə bilərsiniz. 2007-ci ildən Yanardağ qoruq elan olunub, dövlət tərəfindən mühafizə edilir.

-Otelə dönüş;
-Asudə vaxt. 

07:00 - 10:00 
-Oteldə səhər yeməyi;
-Hava limanına transfer.

 

 

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...