Müalicəvi NAFTALAN turu

Müalicəvi NAFTALAN turu

Naftalan

 Qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə insan müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı.
Dünyaca məşhur Naftalan  nefti iltihab proseslərini aradan qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır.
Naftalan– dünya əhəmiyyətli unikal müalicəvi kurort, yeganə müalicəvi neft yatağıdır. Naftalan nefti hələ qədim zamanlardan dayaq hərəkət aparatı xəstəliklərinin, dəri, nevroloji, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün güclü vasitə kimi şöhrət qazanıb.
Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncədən 50 km məsafədə, ekoloji təmiz rayonda yerləşir.
Naftalan kurortunun tarixçəsi öz başlanğıcını 1873-cü ildən, naftalanın dayaz quyulardan əllə çıxarıldığı vaxtdan götürür.
Hal-hazırda Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi olan Naftalan kurortu yeni dirçəliş mərhələsini yaşayır.  Hazırda Naftalanın, kurort birliyinin tərkibinə daxil olan bir neçə sanatoriyasında istilik və ultrabənövşəyi şüalanma ilə kompleks şəklində qətransızlaşdırılmış naftalanla, naftalan fraksiyaları və karbohidrogenlərlə yeni müalicə üsulları tətbiq edilir. Sanatoriyalar bir çox prosedura növlərinə sahibdirlər və xəstələrə lazım olan proseduralar, uzun sürən ətraflı müayinədən sonra fərdi olaraq seçilir və təyin edilir.  Sanatoriyalarda müasir funksional diaqonostika kabinetləri, klinik diaqnostik və biokimyəvi laboratoriyalar da fəaliyyət göstərir. 
Naftalan kurortu maksimal rahat komfortlu şəraitdə 70 – dən artıq xəstəliyin müalicəsini təmin edir. Naftalan sanatoriyaları il boyu dünyanın bütün ölkələrindən gələn xəstələri müalicə üçün qəbul edir. 

Qiymətə daxildir:

Heydər Əliyev adına Bakı hava limanından/hava limanına transfer;
aviabilet;
sanatoriyada yaşayış;
gündə 3 dəfə qidalanma;
müalicə
sığorta.

Bundan başqa hazırda ərazidə müasir standartlara uyğun, bütün komfortla təmin edilmiş 5 ulduzlu otellər fəaliyyət göstərir. Sağlamlığınızın qeydinə qalmaq və səhhətinizdəki şikayətlərdən qurtulmaq istəyirsinizsə bu otellərdən birində dincəlib, eyni zamanda müxtəlif müalicəvi prosedurlardan keçərək xəstləliklərdən azad ola bilərsiniz.

Otellər:
Çinar sanatoriyası (Chinar Hotel & Spa Naftalan 5*)
Chinar Hotel & SPA Naftalan Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərinin yaxınlığında yerləşir. Təmiz havaya və ideal ekologiyaya sahib bu gözəl yer şam ağacları parkı ilə əhatə olunub. Burada bütün ailə ilə birgə çox gözəl istirahət etməklə yanaşı, həm də sağlamlığı qaydaya salmaq mümkündür.
Hal-hazırda Chinar Hotel & SPA Naftalan rahat və komfortlu beş ulduzlu otel olmaqla yanaşı, həm də texnikanın son nailiyyətləri ilə təchiz olunmuş müalicəvi sanatoriyadır. Burada Sizə naftalan neftinin köməyi ilə bir çox xəstəliklərdən xilas olma və ən müasir sağlamlaşdırma üsulları təklif ediləcəkdir.
Kompleks ərazisində biokimyəvi və klinik dioqnostik laboratoriya və funksional dioqnostika kabineti yerləşir. Bizim mütəxəssislər hər bir qonağımız üçün fərdi olaraq lazımi prosedurlar seçirlər. Chinar Hotel & SPA Naftalan trenajor zalına, hovuza və saunaya da sahibdir.  Müalicə kursu adətən 14 gün təşkil edir. Lakin oteldə qalma müddəti heç bir qaydada nizamlanmır. 

Qonaqlar üçün pulsuzdur:
- Hovuz
- Sauna
- Türk hamamı
- Fitnes mərkəzi
- Otelin ərazisindəki idman meydançaları
- Oyun üçün uşaq otağı
- Uşaq meydançası
- Avtodayanacaq
- Bütün nömrələrdə naqilsiz internet

Tur qiymətinə daxildir:

- Komfortabelli nömrədə yaşayış;
- “Sapfir” restoranında səhər yeməyi, nahar, şam yeməyi – “İsveç stolu”;
- Diaqnostika - "Check-Up";
- Naftalan vannaları;
- Fizioterapiya.

 Sağlamlığınızın qeydinə qalacaq "QAŞALTI" sanatoriyası ("NAFTALAN HOTEL by RIXOS") haqqında ətraflı məlumatı http://www.gashalti.az/ ünvanına,  "QARABAĞ" Resort and Spa haqqında məlumatı isə  http://garabaghotel.com/  ünvanına daxil olmaqla əldə edə bilərsiziniz.

Qiymət

Tur

Müalicəvi NAFTALAN turu

Gecə

-1

Gün

0

Booking time: 08 - 20 hrs

+99412 496 76 71

E-Poçt dəstəyi

office@elvintravel.az

 

Fəaliyyət

Bəlkə xoşladınız

İnanırıq ki, bu turları da xoşlayacaqsınız

"NOVRUZ" bayramı - turu

Azərbaycan öz milli adət-ənənələrini hörmətlə yanaşan bir ölkədir."Novruz Bayram"...

ŞƏRAB turu

Ölkəmizdə şərabçılığın kökləri qədim dövrlərə qədər uzanır.   Azərbaycanda qədim şərabçılıq ənənələrin...

Qusar, Laza, Şahdağ turu

Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonu coğrafi mövqeyinə görə ölkənin "Şimal qapısı" adlandırılır.  Azərbaycand...