SAĞLAMLIQ MƏRKƏZLƏRİ

Bütün xəstəliklərinizdən azad olmaq üçün ən yaxşı yer Azərbaycanın sağlamlıq mərkəzləridir!

Müalicə-sağlamlıq turizmi qlobal mühitdə son illərdə sürətlə inkişaf edən sektor olaraq turizmin ən çox müaciət olunan növlərindən birinə çevrilib. Sağlamlıq turizmi müalicə və tətil məqsədilə şəhərlərarası və ölkələrarası reallaşan səyahətlərdir. Günümüz sağlamlıqla bağlı problemlərinin həlli zamanı ən yaxşı seçimə üstünlük verməyə şərait vardır.

Azərbaycan müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlar baxımından olduqca zəngindir.  Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, Lənkəranın, Gədəbəyin mineral suları kimi hirdromineral ehtiyatlar sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir.

Respublikanın landşaft-iqlim xüsusiyyətləri kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Azərbaycanın 2 iqlim qurşağında yerləməsi onun təbiətini gözəlləşdirməklə yanaşı turizm imkanlarını artırır.  

Respublikanın əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.  Mineral suların, müalicə neftin və palçığının mövcudluğu kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, onların il boyu fəaliyyət göstərməsinə şərait yaradır. 

Bu gün respublika ərazisində 150 dən artıq sanatoriya və istirahət müəssisələri və turist bazası yaradılıb və  müasir dünya standartlarına uyğun xidmət göstərməkdədir.



fly